Şahmar Əkbərzadə adına beynəlxalq mükafatın qalibləri bəlli oldu

"VEKTOR" Beynəlxalq Elmlər Akademiyası tərəfindən həyata keçirilən Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının növbəti laureatlarının mükafatlandırılması və ötən ilki laureatların kitablarının təqdimat mərasimi keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan mərasimdə qardaş Türkiyə və Başqırdıstandan da nümayəndələr iştirak edib.Təqdimat mərasimində "VEKTOR" Beynəlxalq Elmlər Akademiyası Akademiyanın təsisçisi və prezidenti Elçin İsgəndərzadə, mükafatın ötən ilki laureatı, "Kaspi" qəzetinin təsisçici, yazıçı-publisist Sona Vəliyeva, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini dekanı, professor Cahangir Məmmədli, yazarlar və digərləri iştirak ediblər.

"VEKTOR" Beynəlxalq Elmlər Akademiyası tərəfindən həyata keçirilən Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının növbəti laureatlarının mükafatlandırılması və ötən ilki laureatların kitablarının təqdimat mərasimi keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan mərasimdə qardaş Türkiyə və Başqırdıstandan da nümayəndələr iştirak edib.Təqdimat mərasimində "VEKTOR" Beynəlxalq Elmlər Akademiyası Akademiyanın təsisçisi və prezidenti Elçin İsgəndərzadə, mükafatın ötən ilki laureatı, "Kaspi" qəzetinin təsisçici, yazıçı-publisist Sona Vəliyeva, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini dekanı, professor Cahangir Məmmədli, yazarlar və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın təsisçisi Elçin İsgəndərli əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, "Vektor" Beynəlxalq Elmlər Akademiyası dünyanın 40-a yaxın akademik qurumları ilə əməkdaşlıq edir. Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının 17 ildir təsis olunduğunu diqqətə çatdıran natiq bildirib ki, İndiyə qədər ədəbiyyatımızın inkişafında xidmətinə görə, bu mükafat 61 nəfərə təqdim olunub. Hər il bu mükafatın bir laureatı xarici ölkə ədəbiyyatı nümayəndəsi, 2-3 nəfəri isə Azərbaycan yazarları olur. Elçin İsgəndərzadə onu da ifadə edib ki, rəhbərlik etdiyi akademiya laureatların kitabları təmənnasız çap edərək yayımlanır. Bu günə qədər 57 kitab çap olunaraq yayımlanıb. Müsabiqə laureatlarının tam obyektiv şəkildə seçildiyini deyən akademiya prezidenti Elçin İsgəndərzadə laureatları aldıqları mükafat münasibətilə təbrik edərək onlara diplomları təqdim edib. Beləliklə bu ilki mükafata Türkiyədən Özkan Hüseyn, Başqırdıstandan Baloğlan Cəlil və Azərbaycandan Fərqanə Mehdiyeva layiq görülüb. Elçin İsgəndərzadə ənənəvi olaraq gələn il laureatların əsərlərinin "Vektor" Nəşrlər Evi tərəfindən təmənnasız çap olunacağını diqqətə çatdırıb. Mükafatlandırma mərasimindən sonra çıxış edən professor, BDU-nun jurnalistika fakultəsinin sabiq dekanı Cahangir Məmmədli bildirib ki, dünya sözdən yaranıb: "Bu gün biz müqəddəs sayılan varlıqlarla üz-üzəyik. Belə ki, burada ötən laureatların kitablarını görmək çox sevindiricidir. Bu baxımdan akademiya tərəfindən həyata keçirilən işləri yüksək qiymətləndirirəm". Tədbirin Respublika günü ərəfəsinə təsadüf etməsini xüsusi vurğulayan C.Məmmədli söyləyib ki, 1918-ci ildə əldə olunan müstəqillik bugünkü dövlətçiliyimizə gətirib çıxarıb. Əməkdar jurnalist Flora Xəlilzadə mükafat alanları təbrik edərək, onlara uğurlar arzu edib. Tədbirdə mükafatçılar nüfuzlu qələm sahiblərinin də aldığı bu mükafata layiq görüldükləri mükafat komissiyasına minnətdarlıqlarını bildiriblər. Natiqlər mərhum şair Şahmar Əkbərzadənin müsbət insani keyfiyyətlərindən, onun poeziyasının yüksək bədii dəyərindən söz açaraq hər il mükafatın mərhum şairin adına uyğun laureatlara təqdim olunduğunu vurğulayıblar. Tədbirdə mükafatın ötən ilki laureatlarının kitabları haqqında da fikirlər söylənilib.

Çıxış edən natiqlər yazıçı-publisist Sona Vəliyevanın "Dünya Tanrı Biçimdədir"şeirlər kitabı ilə bağlı fikirlərini bildiriblər. Yazarın Azərbaycan poeziyasında özünəməxsus yeri olduğunu vurğulayıblar.Tədbirdə həımçinin mükafat laureatları şeirlərini səsləndiriblər.

Tədbirin sonunda çıxış edən yazıçı-publisist Sona Vəliyeva bildirib ki, hər ziyalımız dünyamızı dəyişəndə onu narahat edən məsələ onun ölümü ilə bağlı deyil, məhz həmin ziyalının torpaqlarımızın azad olunmasını görməməsidir: "Çünki ölüm haqdır. Amma Dağlıq Qarabağ ürəyimizdə çat qoyub. Tanrı ziyalılarımıza o günü görməyi qismət etsin". Sona Vəliyeva qeyd edib ki, yazarlar mənəviyyatı saflaşdırmaqla məşğuldurlar: "Bu, çox yaxşı işdir. Allah hamının ürəyinə söz demək qabiliyyəti nəsib etsin. Bəziləri deyir ki, indi söz yox, yazan yox. Amma bu, belə deyil. Bu gün bizim böyük şairlərimiz var. Sabah Ramazan ayı başlayır və bu gecə niyyət gecəsidir. Gəlin niyyət edək ki, növbəti məclisimiz Şuşada qeyd olunsun". Sona Vəliyeva sonda arzu edib ki, tanrı ziyalılarımıza işğal altında olan torpaqlarımızı azad olunmuş halda görmək nəsib etsin.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31