“Rus və Erməni Mənbələri İşığında Erməni Problemi və Meydana Çıxma Prosesi 1678-1914”

"Turkish Petroleum Overseas Company Ltd" şirkətinin maliyyə dəstəyi ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğanın müşaviri Professor Dr. Seyit Sertçeliyin, Ermənilərin 1915-ci il hadisələriylə bağlı yalanlarını ifşa edən "Rus və Erməni Mənbələri İşığında Erməni Problemi və Meydana Çıxma Prosesi 1678-1914" adlı iki cildlik əsəri Azərbaycan dilinə tərcümə edilib.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Olaylar" - a bildirlib ki, Türkiyədə nəşr olunan kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub ve heç bir kommersiya məqsədi güdülmədən Azərbaycan rəsmilərinə, tədris müəssisələrinə (universitet və məktəblər) eləcədə digər ictimai qurum və təşkilatlara paylanılacaq.

TPAO-nun təşkilatçılığı və Türkiyənin Azərbaycandakı Səfirliyinin, Azərbaycan rəsmiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə imza günü və mətbuat konfransı keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31