Gündəm

Bulvarda atraksionlar pulsuz olacaq

26 May 2017 15:43

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçirililəcək.

Xəzərdə 2 kişi meyiti tapılıb

26 May 2017 15:39

Həyata keçirilən axtarış -xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb. Axtarış Xilasetmə qərargahından “Olaylar”a verilən məlumata görə, tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Nəsimi rayonunda 28 May-Respublika Günü münasibətilə tədbir keçirilib

26 May 2017 15:36

Nəsimi rayonu 159  saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibətilə “Qalibiyyət günəşi - Azərbaycan” adlı tədbir keçirilib. “Olaylar” xəbər verir ki,   tədbiri giriş sözü ilə məktəbin direktoru Vahid Xəlilov açaraq qonaqları salamlamış  və sözü Nəsimi Rayon İcra Hakimiyyətinin  Başçısı Asif Əsgərova vermişdir.

Bakı Ali Neft Məktəbi Ploeşti Neft-qaz Universiteti ilə iki sənəd imzalayıb

26 May 2017 15:35

Bakıda keçirilən Azərbaycan-Rumıniya Universitetlərinin birinci Forumu çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Rumıniyanın Ploeşti Neft-qaz Universiteti (PGU) arasında əməkdaşlıq haqqında razılaşma və Erasmus+ mübadilə proqramı çərçivəsində əlaqələrin genişlənməsi haqqında müqavilə imzalanıb.

Şəkidə 18.2 km-lik avtomobil yolunun tikintisi yekunlaşır

26 May 2017 15:34

Yük və sərnişin daşımasını yaxşılaşdırmaq istiqamətində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq ölkə boyu yol infrastrukturunun yenidən qurulması istiqamətində müxtəlif layihələr uğurla icra olunur. Bu layihələr sırasında kəndlərarası avtomobil yollarının yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Şəki şəhərində bu cür layihələrdən birinin icrası artıq yekunlaşmaq üzrədir. Söhbət 18.2 km uzunluğunda olan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolundan gedir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində avtomobil yolunun 2.1 km-lik hissəsi 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.

Təhsil naziri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

26 May 2017 15:33

Mayın 26-da təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

FTB Trampın kürəkəni ilə bağlı araşdırmalara başlayıb

26 May 2017 15:30

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşnerlə bağlı araşdırmaya başlayır. Təhqiqat Amerika liderinin köməkçisinin Rusiya nümayəndələri ilə əlaqəsi ehtimalı ətrafında aparılır. Bununla belə, qeyd olunur ki, onun haqqında hər hansı cinayət işi açılması və ya digər cəza tədbirləri nəzərdə tutulmur. Araşdırma sadəcə C.Kuşnerdə təhqiqat üçün faydalı informasiyaların öyrənilməsi məqsədilə aparılır.

Azərbaycandan Moskvaya gedən nüfuzlu biznesmenin hicablı arvadına qarşı hörmətsizlik

26 May 2017 15:29

Azərbaycandan olan nüfuzlu biznesmenlərdən birinin həyat yoldaşı Moskvada diskriminasiyaya məruz qalıb. Bu barədə “Exo Moskva” radiostansiyasının əməkdaşı Maksim Şevçenko müsahibəsində bildirib. O, qeyd edib ki, bu yaxınlarda Azərbaycandan olan dostu, tanınmış biznesmen həyat yoldaşı ilə Moskvaya gələrkən ona qarşı “Domodedovo” hava limanında hörmətsizlik olunub.

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlandı

26 May 2017 15:19

Astara Gömrük idarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib. Yoxlama zamanı onun daxili orqanından - düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63.410 qram narkotik vasitə-heroin və 47.230 qram psixotrop maddə-metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Baş Prokurorluq müsabiqəyə yekun vurub

26 May 2017 15:18

Prokurorluq orqanlarında infomasiya və kommunikasiya texnologiyalarının səmərəli və geniş istifadə olunmasına istiqamətlənmiş ardıcıl tədbirlərin davamı olaraq Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə həmin sahədə zəruri ixtisas və təcrübəyə malik mütəxəssislərin işə qəbulu ilə əlaqədar 18 aprel 2017-ci il tarixdə elan edilmiş müsabiqəyə yekun vurulub. Bu barədə Baş Prokurorluqdan verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün müraciət etmiş 40-dan artıq şəxsdən zəruri tələblərə cavab verən mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik 30 namizəd müsabiqəyə buraxılıb. Namizədlərin nəzəri biliyi və peşə bacarığı səviyyələrinin yoxlanılması məqsədilə Baş Prokurorluğun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən 24 may 2017-ci il tarixdə Baş Prokurorluqda müsahibə keçirilb. Müsahibənin nəticələri üzrə 12 namizədin işə qəbul olunması məsələsinə baxılması tövsiyə edilib.

Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub

26 May 2017 15:17

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun 2-ci iclası keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tədbirdə “Elektron hökumət”, “Elektron imza”, peyk xidmətləri, kibertəhlükəsizlik, “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi və fiber-optik infrastrukturunun inkişafı mövzularında altqrupların iclasları təşkil olunub.

Vyana sazişinin daha 9 ay uzadılması qərarına Azərbaycan da razılıq verib

26 May 2017 15:16

Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına Azərbaycan da qoşulub. Energetika Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə,  naziri Natiq Əliyev deyib ki, iclasda Vyana sazişinin nəticələri təhlil edilərək, neftin qiymətinin 50-55 dollar arasında qərarlaşmasi razılaşmanın bazara müsbət təsirinin göstəricisi kimi qeyd olunub.Sazişin icrasına nəzarət edən qurum kimi Monitorinq Komitəsinin fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib.

Penitensiar xidmətdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib

26 May 2017 15:15

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Elena Sesseranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, nazir müavini qeyd edib ki, Komitənin rəhbər şəxslərinin, eləcə də Azərbaycan nümayəndəliyi əməkdaşlarının mütəmadi olaraq Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin rəhbərliyi ilə işgüzar görüşləri keçirilir, penitensiar müəssisələrə çoxsaylı başçəkmələrin nəticələri, o cümlədən məhkumların saxlanma şəraiti və digər maraq doğuran məsələlər ətraflı müzakirə olunur.

Sabir Fondu jurnalistlərlə görüş keçirdi

26 May 2017 15:12

Dahi şair Mirzə Ələkbər Sabirin anadan olmasının 155-ci ildönümü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə  mətbuat nümayəndələrilə görüş keçirilib. Görüşdə çıxış edən Fondun prezidenti Sevda Tahirli hər il M.Ə.Sabirin doğum günü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin bir adət halını aldığını bildirib. Sevda xanım: “2012-ci ildə yaradılmış Mirzə Ələkbər Sabir Fondunun məqsədi Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir.