Sabir Fondu jurnalistlərlə görüş keçirdi
Dahi şair Mirzə Ələkbər Sabirin anadan olmasının 155-ci ildönümü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə mətbuat nümayəndələrilə görüş keçirilib. Görüşdə çıxış edən Fondun prezidenti Sevda Tahirli hər il M.Ə.Sabirin doğum günü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin bir adət halını aldığını bildirib. Sevda xanım: “2012-ci ildə yaradılmış Mirzə Ələkbər Sabir Fondunun məqsədi Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir.
26 May 2017 15:12 SosialDahi şair Mirzə Ələkbər Sabirin anadan olmasının 155-ci ildönümü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə mətbuat nümayəndələrilə görüş keçirilib. Görüşdə çıxış edən Fondun prezidenti Sevda Tahirli hər il M.Ə.Sabirin doğum günü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin bir adət halını aldığını bildirib. Sevda xanım: "2012-ci ildə yaradılmış Mirzə Ələkbər Sabir Fondunun məqsədi Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir. Biz Sabir yaradıcılığını, əsərlərini, əsərlərdə vurğulanan məqamları təbliğ eləməyə, onları gənclərə aşılamağa çalışırıq. Sabirin ən böyük ideyalarından biri maarifçilik, yenilikçilik, pozitiv yeniliklərə açıq olmaq idi. Biz bu yenilikləri cəmiyyətimizə, gənclərə təbliğ etməklə məşğuluq. 55 ildir ki, sabirin doğum günü dövlət səviyyəsində qeyd olunur. Bu il Sabirin 155 - illiyi qeyd olunacaq. Fond Sabirin doğum gününü hər il bayram şəkilində - "Sabir poeziya günləri" adı altında ölkəmizin bir neçə rayon və şəhərlərində qeyd edir. Adətən belə tədbirlərimiz Şamaxı şəhərində keçirilir. Artıq bir neçə ildir ki, biz 30 may - Sabirin doğum gününü mətbuat nümayəndələri ilə ənənəvi səhər süfrəsi ətrafında görüş təşkil edirik. Məqsədimiz mətbuatla daha sıx əməkdaşlıq etməkdir. Eyni zamanda, mətbuat nümayəndələrinə bir illik fəaliyyətimizin hesabatını veririk". - deyə, bildirdi.
S.Tahirli dahi şairin doğum gününün təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də qeyd edildiyini bildirib: "Türkiyə və Ukraynada 150 illik yubileyi ilə bağlı tədbir keçirilib. Bu il türkiyənin Mərmərə universitetində möhtəşəm tədbir təşkil edilmişdi. Türkiyənin digər universitetlərində bu cür tədbirlər keçiriləcək". S.Tahirli M.Ə.Sabirin həyatı barədə bəzi mənbələrdə yanlış bilinən bir sıra məqamlara da aydınlıq gətirib. Sonda S.Tahirli mətbuat nümayəndlərinə bir daha təşəkkürünü bildirib və onları təşəkkürnamələrlə təltif etdi. Daha sonra görüş səhər yeməyi süfrəsi arxasında davam etdirilib.
Nigar