Şəkidə 18.2 km-lik avtomobil yolunun tikintisi yekunlaşır

Yük və sərnişin daşımasını yaxşılaşdırmaq istiqamətində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq ölkə boyu yol infrastrukturunun yenidən qurulması istiqamətində müxtəlif layihələr uğurla icra olunur. Bu layihələr sırasında kəndlərarası avtomobil yollarının yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Şəki şəhərində bu cür layihələrdən birinin icrası artıq yekunlaşmaq üzrədir. Söhbət 18.2 km uzunluğunda olan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolundan gedir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində avtomobil yolunun 2.1 km-lik hissəsi 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.

Yük və sərnişin daşımasını yaxşılaşdırmaq istiqamətində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq ölkə boyu yol infrastrukturunun yenidən qurulması istiqamətində müxtəlif layihələr uğurla icra olunur. Bu layihələr sırasında kəndlərarası avtomobil yollarının yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Şəki şəhərində bu cür layihələrdən birinin icrası artıq yekunlaşmaq üzrədir. Söhbət 18.2 km uzunluğunda olan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolundan gedir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində avtomobil yolunun 2.1 km-lik hissəsi 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Bu hissədə yol əsasının eni 6 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 2 m olmaqla, yol yatağının eni 10 m təşkil edir. Yolun 4 km-lik hissəsi 5-ci texniki dərəcəyə uyğun olaraq salınıb. Burda yol əsasının eni 4.5 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 1.75 m olmaqla, yol yatağının eni 8 m təşkil edir. Qeyd olunan hər iki hissədə artıq yol yatağının və yol əsasının inşası, 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri tam olaraq bitib.

Qeyd edək ki, 18 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə payız- qış aylarında yaranan problemləri aradan qaldırmaqla vətəndaşların gediş- gəlişini rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq, ən əsası isə yeni yol kənd təsərrüfatının inkişafına və yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31