Penitensiar xidmətdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Elena Sesseranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, nazir müavini qeyd edib ki, Komitənin rəhbər şəxslərinin, eləcə də Azərbaycan nümayəndəliyi əməkdaşlarının mütəmadi olaraq Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin rəhbərliyi ilə işgüzar görüşləri keçirilir, penitensiar müəssisələrə çoxsaylı başçəkmələrin nəticələri, o cümlədən məhkumların saxlanma şəraiti və digər maraq doğuran məsələlər ətraflı müzakirə olunur.
26 May 2017 15:15 SosialAzərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Elena Sesseranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, nazir müavini qeyd edib ki, Komitənin rəhbər şəxslərinin, eləcə də Azərbaycan nümayəndəliyi əməkdaşlarının mütəmadi olaraq Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin rəhbərliyi ilə işgüzar görüşləri keçirilir, penitensiar müəssisələrə çoxsaylı başçəkmələrin nəticələri, o cümlədən məhkumların saxlanma şəraiti və digər maraq doğuran məsələlər ətraflı müzakirə olunur. 2016-cı ilin noyabr və 2017-ci ilin may aylarında Penitensiar xidmətdə keçirilən görüşlər və müzakirə olunan məsələlər bir daha xatırlanmışdır. BQXK-nın Azərbaycanla ədliyyə sahəsində qarşılıqlı fəaliyyətinin uğurlu nəticələrini qeyd edən E.Sessera ölkəmizdə çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə əməkdaşlığın səmərəli olduğunu vurğulamış, əməkdaşlığa dair müqavilənin müddətinin uzadılması ilə bağlı Ədliyyə Nazirliyində görüşün planlaşdırıldığını nəzərə çatdırmışdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin Müdafiə işləri üzrə Koordinatoru Byorn Oliver şəxsi heyətin təlimi ilə bağlı 2017-ci ilin sentyabr ayında Şotlandiya Həbsxana xidmətinin dəstəyi ilə Şotlandiyaya tədris səfərinin nəzərdə tutulduğunu və Penitensiar xidmətin müvafiq rəhbər heyətinin həmin səfərdə iştirakının məqsədəuyğunluğunu ifadə etmişdir. Sonda BQXK-nin xüsusi medalı xidmət rəhbərliyinə təqdim olunmuşdur.