Gündəm
Auqsburqda Azərbaycan multikulturalizmi ehtişamı
Rüşvət alan gömrük məntəqəsinin rəisi həbs olundu - Ermənistanda
Ermənistanla Gürcüstan arasındakı "Bavra" gömrük məntəqəsinin rəisi rüşvət almaq ittihamı ilə həbs olunub. Məlumatı Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti yayıb. Onun barəsində Cinayət Məcəlləsinin rüşvət alma və vermə, rüşvət almaqda vasitəçilik etmə, ticarət məqsədi ilə rüşvət alma maddələri ilə cinayət işi başlanılıb.
Yerdə uzanan uşaq cəsədləri, bombalanan şəhər... - 22 nəfər niyə öldürüldü?
İŞİD üç gün əvvəl Mançester şəhərində törətdiyi terrordan aylar əvvəl qərblilərdən nifrət etmək üçün 6 səbəbin göstərildiyi məqalə hazırlayıb. "Biz sizdən niyə nifrət edirik və sizinlə mübarizə aparmaq istəyirik?" adlanan məqalə ötən ilin yayında nəşr edilib.
"İranda elə qadınlar var ki, az qala kişinin qucağında..."
"Azərbaycanda yaşamaq üçün müsbət şeylər çoxdur, amma pulun olmalıdır. Bahaçılıqdır, bir də pulun yoxdursa, hörmətin də yoxdur. Pullu şəxslər özlərini yuxarıdan aparır, kasıb insanlara əşya kimi baxırlar. Azərbaycanda insanlar arasındakı bu münasibət çox pisdir".
Moskvada toy kortejində atəş açan azərbaycanlı saxlanıldı
Moskvada toy kortejində atəş açan şəxs saxlanılıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Hadisənin ötən gün şəhərin cənubunda yerləşən "Tsaritsino" parkında baş verdiyi bildirilir.
Belarusda Azərbaycan Ticarət Evi açılacaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün mayın 26-da Belarus Respublikasına səfərə gedəcəklər. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, Minsk şəhərində açılan ticarət evi “Made in Azərbaycan” brendinin tanıdılması, yeni məhsulların satışının təşkili və əlaqələndirilməsi ilə bağlı fəaliyyət göstərəcək.Tədbirdə hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı nəzərdə tutulur. Səfər mayın 28-də başa çatacaq.
Deputatlarımız NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər
Tbilisidə baş tutacaq NATO Parlament Assambleyasının yaz sessiyasında Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildirlər.
Baş redaktorun “Space”dən getməsinə aydınlıq gətirildi
“Space” Müstəqil Teleradio Şirkətinin (“Space” TV) "Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədiklinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb. Bu xəbərlərdə iddia olunur ki, o, Təhsil Nazirliyi barədə tənqidi material hazırladığına görə işdən azad olunub. Məsələ bağlı “Space” TV-nin prezidenti Vaqif Mustafayev açıqlam verib. O, Elman Gədiklinin şəxsi arzusu ilə işdən ayrıldığını deyib: “O, özünün yazdığı ərizə ilə 25 maydan etibarən “Space” TV-dən çıxıb. Onu heç kim işdən çıxarmayıb. Əlimizdə özünün imzası ilə yazılan ərizəsi var. Təhsil Nazirliyi tərəfindən də bizə hər hansı məsələ ilə bağlı müraciət edilməyib”. E.Gədiklinin ərizəni yazmağa məcbur edilməsinə gəlincə, V.Mustafayev bunu yalan adlandırıb.
Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət - Benzin alan sürücülər belə aldadılır...
Azərbaycanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən (YDM) daxil olan şikayətlər səngimək bilmir, sürücülər aldıqları yanacağın kəmiyyət və keyfiyyətinə şübhə ilə yanaşırlar. Bəzilərinin iddialarına görə, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur. Maraqlı məqam şikayətçilər arasında yeni alınmış avtomobil sahiblərinin də olmasıdır. Onlar bildirir ki, hətta yanacaqdoldurma məntəqəsində vurulan yanacaq həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermir...
ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gələcək
ABŞ Dövlət katibinin köməkçisinin energetika diplomatiyası üzrə müavini Robin DanniqanAzərbaycana səfər edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. R.Danniqan "Caspian Oil&Gas 2017" beynəlxalq sərgisində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
Misirdə avtobusa silahlı hücum, 20-dən çox ölü
Misirin cənubundakı Əl-Minya əyalətində avtobusa edilən hücum nəticəsində azı 23 nəfər həlak olub. Bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub. Hadisə nəticəsində 25 nəfər də xəsarət alıb.
Türk klubu Runini transfer etmək istəyir
"Beşiktaş" Çempionlar Liqasının hazırlıqlarına başlayıb. Ardıcıl ikinci çempionluğu qazanmağa yaxın olan klub rəhbərliyi bir dünya ulduzu transfer edərək azarkeşlərini sevindirmək istəyir.
Qarabağda erməni əsgəri məhv edildi
İşğaı altındakı Dağlıq Qarabağda erməni hərbçi məhv edilib. Armen Arutunyan (1996-cı il) təmas xəttinin şimal istiqamətində baş verən atışmada ölüb.
Elmi Şuranın iclasında dissertasiya mövzularının müzakirəsi
AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının 5-ci iclası keçirilib. Akademiyadan “Olaylar” – a bildirlib ki, iclasda 6-sı elmlər doktorluğu, 35-i isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 41 dissertasiya mövzusu müzakirə olunub.
"Yeni Fikir Müsabiqəsi - 2017"-nin yarımfinal mərhələsi
AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), Təhsil, İqtisadiyyat, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və bir sıra şirkətlərin dəstəyi ilə "Yeni Fikir Müsabiqəsi - 2017"-nin yarımfinal mərhələsi keçirilib. Akademiyadan “Olaylar” – a bildirlib ki, yarımfinal mərhələsində müsabiqəyə müraciət edən 148 layihədən 35-i iştirak edib.














