Baş redaktorun “Space”dən getməsinə aydınlıq gətirildi

“Space” Müstəqil Teleradio Şirkətinin (“Space” TV) "Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədiklinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb. Bu xəbərlərdə iddia olunur ki, o, Təhsil Nazirliyi barədə tənqidi material hazırladığına görə işdən azad olunub. Məsələ bağlı “Space” TV-nin prezidenti Vaqif Mustafayev açıqlam verib. O, Elman Gədiklinin şəxsi arzusu ilə işdən ayrıldığını deyib: “O, özünün yazdığı ərizə ilə 25 maydan etibarən “Space” TV-dən çıxıb. Onu  heç kim işdən çıxarmayıb. Əlimizdə özünün imzası ilə yazılan ərizəsi var. Təhsil Nazirliyi tərəfindən də bizə hər hansı məsələ ilə bağlı müraciət edilməyib”. E.Gədiklinin ərizəni yazmağa məcbur edilməsinə gəlincə, V.Mustafayev bunu yalan adlandırıb.

"Space" Müstəqil Teleradio Şirkətinin ("Space" TV) "Hər gün" informasiya proqramının baş redaktoru Elman Gədiklinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb. Bu xəbərlərdə iddia olunur ki, o, Təhsil Nazirliyi barədə tənqidi material hazırladığına görə işdən azad olunub. Məsələ bağlı "Space" TV-nin prezidenti Vaqif Mustafayev açıqlam verib. O, Elman Gədiklinin şəxsi arzusu ilə işdən ayrıldığını deyib: "O, özünün yazdığı ərizə ilə 25 maydan etibarən "Space" TV-dən çıxıb. Onu  heç kim işdən çıxarmayıb. Əlimizdə özünün imzası ilə yazılan ərizəsi var. Təhsil Nazirliyi tərəfindən də bizə hər hansı məsələ ilə bağlı müraciət edilməyib". E.Gədiklinin ərizəni yazmağa məcbur edilməsinə gəlincə, V.Mustafayev bunu yalan adlandırıb.

Qeyd edək ki, E.Gədiklinin işdən çıxarılmasıyla bağlı da xəbərlər yayılıb. Bildirilir ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra təhsil naziri Mikayıl Cabbarov "Space"in rəhbəri Vaqif Mustafayevə zəng vurub. Hətta, Mikayıl Cabbarov həmin materialın Təhsil Nazirliyinə qarşı qərəz doğurduğunu vurğulayaraq, günahkarın cəzalandırılmasını istəyib. Məhz bu zəngdən sonra E.Gədikli işdən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31