"Yeni Fikir Müsabiqəsi - 2017"-nin yarımfinal mərhələsi

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), Təhsil, İqtisadiyyat, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və bir sıra şirkətlərin dəstəyi ilə "Yeni Fikir Müsabiqəsi - 2017"-nin yarımfinal mərhələsi keçirilib. Akademiyadan “Olaylar” – a bildirlib ki, yarımfinal mərhələsində müsabiqəyə müraciət edən 148 layihədən 35-i iştirak edib.

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), Təhsil, İqtisadiyyat, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və bir sıra şirkətlərin dəstəyi ilə "Yeni Fikir Müsabiqəsi - 2017"-nin yarımfinal mərhələsi keçirilib. Akademiyadan "Olaylar" - a bildirlib ki, yarımfinal mərhələsində müsabiqəyə müraciət edən 148 layihədən 35-i iştirak edib.

Tədbirdə münsiflər tərəfindən qiymətləndirmə zamanı layihəni həyata keçirməkdə iddialı olan komandanın bilik və bacarığı, məhsul və xidmətin səmərəliliyi və digər meyarlar nəzərə alınıb. Müsabiqənin final mərhələsi iyunun 9-da keçiriləcək və 5 layihə qalib elan ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31