Deputatlarımız NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

Tbilisidə baş tutacaq NATO Parlament Assambleyasının yaz sessiyasında Azərbaycanı  Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildirlər.

Tbilisidə baş tutacaq NATO Parlament Assambleyasının yaz sessiyasında Azərbaycanı  Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək. Bu barədə Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildirlər. Sessiyanın komitə iclaslarında Suriyada və İraqda müharibənin humanitar aspektləri, Sosial Media İnqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara Dəniz regionunda sabitliyin inkişafı, Ballistik raketdən müdafiə və NATO, Kosmik fəzaya sahiblik və müttəfiqlərin müdafiəsi, NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, İqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Rusiya-tərəfdaşdan rəqibə, NATO və Arktikada təhlükəsizlik, NATO-nun texnologiya üstünlüyünün saxlanılması, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər mövzular müzakirə olunacaqdır.  Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.            NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31