Gündəm
Avtomobili qaçıraraq divara çırpıb
Sabunçu rayon sakininə məxsus avtomobili qaçıran şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqələrindən birində orada işləyən Bakı şəhər sakini Saleh Həmidli qəsəbə sakini Mayis Məmmədova məxsus “Priora” markalı avtomobili qaçırıb. O, avtomobili qəsəbə ərazisində idarə edərkən maneəyə vurub, xəsarət alan olmayıb.
Taksi sürücüsünün pulunu alan saxlanıb
Suraxanı rayonu ərazisində taksi sürücünü bıçaqla hədələyərək pulunu alan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, mayın 24-də Binəqədi rayonu 9-cu mikrorayon ərazisində naməlum şəxsin Bakı şəhər sakini Qabil Rəhimovun idarə etdiyi “NazLifan” markalı avtomobilə sərnişin qismində oturaraq Əmircan qəsəbəsinə gedəcəyini bildirməsi, qəsəbə ərazisində isə həmin şəxsin sürücünü bıçaqla hədələyərək ondan 53 manat pul alaraq hadisə yerini tərk etməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat daxil olub.
Su kanalının sahilində silah-sursat tapılıb
Qax rayonu ərazisindən keçən su kanalının sahilindən silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 1-ci Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilindən nömrəsi silinmiş (paslanmış halda) “AKM-74” markalı silah, “TOZ-8” markalı ov tüfəngi, avtomat darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb.
DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi MAZ və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R. Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Dövlət Sərhəd Xidməti Gözəl Bayramlı haqda məlumat yaydı
Dövlət Sərhəd Xidməti (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması barədə məlumat yayıb. Xidmətdən “Olaylar”a verilən məlumata görə, mayın 25-də saat 22 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
Türkiyə ilə Rusiya arasındakı qadağalar ləğv edilir
Səhər saatlarında Rusiyanın Baş Nazir müavini Arkadiy Dvorkoviç bəyan edib ki, Türkiyədən Rusiyaya bəzi kənd təsərufatı məhsullarının ixracat və idxalatına tətbiq edilən məhdudlaşdırmalar bir həftə içində ləğv oluna bilər. Dvorkoviç açıqlamasında qeyd edib ki: '' Zəruri olan səndlərin və təimatların hazırlığı artıq tamamlanmaq üzərədi . Bu sənədlərə əsasən Rusiyadan buğda idxalatına və Türkiyədən bəzi tərəvəz idxalatına şamil ediləcək qadağaların ləğv edilməsi istiqamətində hazırlanan sənədlərə aiddir''.
Antalyada zəlzələ
Səhər saat 04:03 radələrində Türkiyənin Antalya şəhərinin Qaş qəsəbəsində 4,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanın episentri Qaş qəsəbəsindən 230 km uzaqlıqda, dəniz səviyyəsindən 3,18 kilometr dərinlikdə olduğu müəyyən edilib. Yeraltı təkanlar Qaşda və Antalyanın digər sahil məntəqələrində də hiss edildiyi bildirilir.
TƏCİLİ: Parisdə hava limanı boşaldılır
Parisdə terror həyəcanı yaşanır. Fransanın paytaxtında yerləşən Orly hava limanı əsgər və polislər tərəfindən nəzarətə götürülərək, boşaldılır.
Ankarada axşam saatlarında aksiyalar qadağan edildi
Türkiyənin Ankara valiliyi axşam saatlarında aksiya keçirilməsini qadağan edən qərar qəbul edib. Qərara əsasən hava qaraldıqdan sonra bütün şəhər ərazisində yüksək səslə mahnılar və marşların oxunduğu, şüarların səsləndirildiyi aksiyalar keçirmək qadağan edilir. Qərarın qəbul edilməsi səbəblərindən kimi nümayişlər zamanı terror aktlarının törədilməsi ehtimalı göstərilir.
“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi
AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusuna həsr olunub. Bölmədən “Olaylar” – a bildirlib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, bununla bağlı arxiv sənəd və materiallarının xalqımıza çatdırılması sahəsində ulu öndər Heydər Əliyevin atdığı addımlardan söz açıb. İ.Hacıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev hər zaman xalqımızın dövlətçilik tarixində parlaq rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin, Cümhuriyyət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət verib, müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dönə-dönə qeyd edib.
Gənc riyaziyyatçılar üçün mühazirə
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Akademiyadan “Olaylar” – a bildirlib ki, növbəti mühazirə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirilib.
Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi
Məlum olduğu kimi lV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi hadisədir. Azərbaycanda belə bir məhəşəm oyunun keçirlməsi həm də İslam dünyasının ölkəmizə olan böyük hörmət və inamın təzahürüdür.
Sarkisyandan SENSASİYALI ETİRAF: Qarabağ Azərbaycanındır və əraziləri qaytarmasaq...
“Bütün dünya Qarabağda mövcud status-kvonun təhlükəli olduğu haqda danışır və bunu dəyişdirməyin lazım olduğunu bildirir. Həmçinin, Minsk qrupu da status-kvonu qəbul etmir”. Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib. Onun sözlərinə görə, 25 il ərzində Ermənistan Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyib: “Çünki bu torpaqlar Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir. Azərbaycan da bu vəziyyətdən istifadə edir”. M.Sarkisyan əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq.
Alberto: ""Qarabağ"dan təklif almışıq"
Masa arxasında əyləşib, Çitronun gələcək karyerasını müzakirə etmək üçün çempionatın başa çatmasını gözləyirdik. Artıq bunu edə bilərik. Təklifləri dəyərləndirib bir qərar verəcəyik.
Azərbaycan klubu “Dinamo” ilə qarşılaşacaq
"Qəbələ"nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə çıxış edəcək. "Qırmızı-qaralar" Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayacaq. Mayın 26-dan iyunun 2-dək keçiriləcək yarış Tbilisi "Dinamo"sunun akademiyasının meydançasında baş tutacaq.














