Taksi sürücüsünün pulunu alan saxlanıb

Suraxanı rayonu ərazisində taksi sürücünü bıçaqla hədələyərək pulunu alan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, mayın 24-də Binəqədi rayonu 9-cu mikrorayon ərazisində naməlum şəxsin Bakı şəhər sakini Qabil Rəhimovun idarə etdiyi “NazLifan” markalı avtomobilə sərnişin qismində oturaraq Əmircan qəsəbəsinə gedəcəyini bildirməsi, qəsəbə ərazisində isə həmin şəxsin sürücünü bıçaqla hədələyərək ondan 53 manat pul alaraq hadisə yerini tərk etməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat daxil olub.

Suraxanı rayonu ərazisində taksi sürücünü bıçaqla hədələyərək pulunu alan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, mayın 24-də Binəqədi rayonu 9-cu mikrorayon ərazisində naməlum şəxsin Bakı şəhər sakini Qabil Rəhimovun idarə etdiyi "NazLifan" markalı avtomobilə sərnişin qismində oturaraq Əmircan qəsəbəsinə gedəcəyini bildirməsi, qəsəbə ərazisində isə həmin şəxsin sürücünü bıçaqla hədələyərək ondan 53 manat pul alaraq hadisə yerini tərk etməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat daxil olub.

Qeyd edək ki,31-ci polis bölməsi əməkdaşları tərəfindən dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rauf Əlili tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31