“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusuna həsr olunub. Bölmədən “Olaylar” – a bildirlib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, bununla bağlı arxiv sənəd və materiallarının xalqımıza çatdırılması sahəsində ulu öndər Heydər Əliyevin atdığı addımlardan söz açıb. İ.Hacıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev hər zaman xalqımızın dövlətçilik tarixində parlaq rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin, Cümhuriyyət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət verib, müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dönə-dönə qeyd edib.

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən "Heydər Əliyev lektoriyası"nın növbəti məşğələsi "Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi" mövzusuna həsr olunub. Bölmədən "Olaylar" - a bildirlib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, bununla bağlı arxiv sənəd və materiallarının xalqımıza çatdırılması sahəsində ulu öndər Heydər Əliyevin atdığı addımlardan söz açıb. İ.Hacıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev hər zaman xalqımızın dövlətçilik tarixində parlaq rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin, Cümhuriyyət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət verib, müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dönə-dönə qeyd edib.

Məşğələdə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamının önəminə də toxunulub.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev "Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi" mövzusunda məruzə ilə çıxış edib. Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərlinin mövzu ilə bağlı çıxışı dinlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31