Gündəm

"Yuventus" hücumçusu ilə müqavilə yenilədi

26 May 2017 13:29

Xorvatiyalı hücumçu Mario Mancukiç "Yuventus"la yeni müqavilə imzalayıb. "Qoca sinyora" ilə xorvatiyalı futbolçu arasındakı yeni müqavilə 2020-ci ilin yayınadək nəzərdə tutulub. Xorvatiya millisinin üzvü son mövsümdə şans qazandığı 47 oyunda 10 qola imza atıb.

Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı

26 May 2017 13:27

Məhkəmə Fətullahçı Terror Təşkilatının (FETO) ABŞ-da gizlənən rəhbəri Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib.  Bununla bağlı qərarı Adana 11-ci Ağır Cinayətlər Məhkəməsi verib.  Məhkəmə ölkənin Ədliyyə Nazirliyinə məktub göndərərək F.Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı qərarı əsaslandırıb.

Dolu düşəcək - XƏBƏRDARLIQ

26 May 2017 13:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Prezident İlham Əliyev və xanımı Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda iştirak edirlər

26 May 2017 13:17

Mayın 26-da "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak edirlər. 

"Zəif nəticə göstərən müəllimlər işdən çıxarılacaq"

26 May 2017 13:14

İndiyədək keçirilən diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlərin ixtisar ediləcəyi qaçılmazdır. Bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

“ASAN xidmət” – də 28 may qeyri - iş günüdü

26 May 2017 13:12

Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində 28 may qeyri - iş günüdür. Asan xidmətdən “Olaylar” – a bildirilib ki, 29 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər. Hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Şok kadrlar: ayını vurmaq istədi, canını güclə qurtardı - VİDEO

26 May 2017 13:12

"Onun qəflətən peyda olması məni çaş-baş qoydu. Əsla gözləmirdim. Üstəlik, hücuma da keçdi". Kanadanın Ontario vilyətindəki Hörst şəhərində yaşayan Riçard Uesli Fayr River çayının sahilində əlində kaman və ox dolaşırdı. O, kiçik quş ovuna çıxmışdı.

Daha bir türk hərbçi həlak olub

26 May 2017 13:11

Türkiyənin Hakkari vilayətində baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub. Çukurca rayonunda kustar üsulla hazırlanmış bomba partladılıb. Hadisə nəticəsində daha iki hərbçi yaralanıb. Partlayışdan sonra bölgədə əməliyyata başlanıb.

Türk Akademiyası və Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq

26 May 2017 13:09

Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu keçirilib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, ölkə prezidenti Nursultan Nazarbayevin “Gələcəyə baxış: ictimai şüurun müasirləşdirilməsi” adlı proqram məqaləsinə həsr olunmuş forumun açılışında respublikanın Dövlət katibi Gulşara Abdıkalikova, BMT, UNESCO, İSESCO, Türksoy və digər beynəlxalq təşkilatların rəhbərləri, ABŞ, Almaniya, Çin, Rusiya, Hindistan və s. ölkələrdən 200-ə yaxın alim və ekspertlər iştirak etmişlər. Tədbirdə Nursultan Nazarbayevin adından təbrik məktubu oxunub.

IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin nəticələri nə vaxt açıqlanacaq?

26 May 2017 13:09

Bu həftənin cümə və ya şənbə günü IX sinfin buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlayacağıq. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-də yayımlanan "Günün nəbzi" proqramında deyib.

İlk qəbul imtahanında 680-700 bal toplayanların əksəriyyəti ikinci imtahanda iştirak edəcək

26 May 2017 13:08

Yazda keçirilən qəbul imtahanında iştirak etmiş 65 min abituriyentin 53 mini (80%) yay imtahanına qatılmaq üçün yenidən qeydiyyatdan keçib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədriMəleykə Abbaszadə AzTV-də yayımlanan "Günün nəbzi" proqramında bildirib ki, ilk imtahanda aşağı nəticə göstərənlərin növbəti imtahanlarda iştirak etmək istəmədiyi müşahidə olunur.

Gözəl Bayramlıya cinayət işi açılıb

26 May 2017 13:07

Vəkil Elçin Sadıqov özünün facebook səhifəsində dünən axşam saatlarında Azərbaycan-Gürcüstan sərhədində saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı ilə bağlı açıqlama verib. Vəkil AXCP rəsmisinin Gürcüstandan Azərbaycana gələrkən sərhəddə saxlandığını yazıb. O, bildirib ki, xanım siyasətçiyə cinayət işi açılıb və iş Dövlət Sərhəd Xidmətinin icraatındadır.

Cəlilabad sakini saxta 100-lə tutuldu

26 May 2017 13:05

Cəlilabad Rayon Polis Şöbəsinə rayonun Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əskinaslarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. DİN mətbuat xidmətindən verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qaraşov 240 ədəd saxta 100 manatlıq əskinası satmaq istəyən zaman cinayət başında saxlanılıb.

Azərbaycan poeziyası Londonda

26 May 2017 13:05

Azərbaycanın zəngin ədəbi irsi - poeziya xəzinəsinin inciləri bu günlərdə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş Azərbaycan - Britaniya Poeziya Gecəsində diqqət mərkəzində olub. Cəmiyyətdən "Olaylar" - a bildirilib ki, poeziya sevərləri bir araya gətirən sözügedən tədbir 1903-cü ildə fəaliyyətə başlamış Londonun ən məşhur kitab mağazası olan "Foyle" də keçirilib. Gecədə 100-dən artıq ədəbiyyat sevərlər və Azərbaycanın dostları iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Nigar Həsənzadənin aparıcılığı ilə keçən tədbirdə Azərbaycanın klassik və müasir şairlərinin ingilis dilinə tərcümə edilmiş şerləri səsləndirilib. Şerlər Ayan Salahova (piano) və Əttab Həddadın (ud) ifasında ecazkar musiqi ilə müşayiət olunub. Şer oxuyanlar arasında Britaniyanın tanınmış televiziya aparıcılarından biri Bekenhamdan Baronessa Benjamin da var idi.

ATƏT PA-nın xüsusi toplantısında  milli azlıqlar məsələsi  müzakirə ediləcək

26 May 2017 13:03

Mayın 29-30-da  Avstriyanın Karintaya muxtar vilayətinin  Villach şəhərində ATƏT Parlament Assambeleyası üzvlərinin “Milli azlıqlar siyasətinə yeni baxış” mövzusunda xüsusi toplantısı keçiriləcək. “Olaylar” xəbər verir ki, toplantıda ölkələrin daxilində milli azlıqların qorunması, onların idarəetmədə iştirakı, dil və mədəniyyətlərinin qorunması,  bunun üçün parlamentin rolu haqda geniş müzakirə olacaq. Toplantıda ATƏT PA-nın prezidenti Kristine Muttonen, Karintiya bölgəsinin qubernatoru Peter Kaiser çıxış edəcək.  Karintiya bölgəsinin etnik əhalisi olan slovenlər  1920-ci  ildə referenduma bölgənin Avstriyanın tərkibində qalmasına qərar veriblər. Bu gün Karintiya Avstriyanın ən inkişaf etmiş vilayətlərindən biridir.