Gündəm
ADMİU- da “Yaz səhəri”
Mədəniyyət və İncəsənət Universitetində Musiqi sənəti fakültəsinin tələbəsinin “Yaz səhəri” adlı konserti keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, instrumental ifaçılıq kafedrasının II kurs tələbəsi Elnarə Məmmədovanın müşayiəti ilə Soltan Hacıbəyov adına musiqi kollecinin tələbələrinin ifasında H.Rzayevin “Cahargah rapsodiyası”, M.Əhmədovanın “Ana”, V.Adıgözəlovun “Laylay”, T.Quliyevin “Qaytağı”, “Sevgilim,” “Zibeydə”, F.Əmirovun “Oxatanların rəqsi”, C.Allahverdiyevin “Əbədi sevgi”, “Necə unudum”, “Sevəcəm”, “Zəfər himni”, S.Əliyevanın “Ana”, F.Sucəddinovun “Vətən haqqında ballada” və E.İbrahimovanın “Sən yadıma düşəndə”, “Daha məndə dözüm yox” əsərləri səslənib.
Türkiyə-NATO münasibətlərində yeni dönəm
Son vaxtlar Türkiyənin xarici siyasət sahəsində atdığı bəzi addımlar normallaşmaqda olan Ankara-Moskva münasibətlərinə təsirsiz ötüşməməkdədir. Belə ki, Türkiyənin xüsusilə NATO ilə əlaqələri inkişaf etdirməsi, ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlaması Moskvanı ciddi şəkildə narahat etməkdədir.
GMO məhsulları dünya bazarını cənginə alıb
Ölkəyə genetik motifikasiya olunmuş (geni dəyişdirilmiş) məhsulların gətirilməsinə qadağa qoyulub. Bununla əlaqədar olaraq Milli Məclisi tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyiliklik edilib.
“Yaşa Azərbaycan” festivalı
Füzuli rayonunun Horadiz şəhərində 28 may - Respublika gününün 99-cu illiyinə həsr olunmuş “Yaşa Azərbaycan” adlı festival baş tutub. Festival çərçivəsində “ASAN Könüllüləri” Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıya növbəti dəfə səfər ediblər. Xidmətdən “Olaylar” – a bildirlib ki, Füzuli Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Bilik Fondu, "Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi, “ASAN Könüllüləri” təşkilatı, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və ASAN Radionun birgə təşkilatçılığı ilə baş tutan səfərdə iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.
İstedadlı gənc aşıqlar seçilib
Azərbaycanda gənc aşıqların ikinci müsabiqəsinə yekun vurulub. “Olaylar” – ın məlumatına görə mayının 20-dən 25-dək davam edən müsabiqə Gədəbəy, Şəmkir, Qazax, Tovuz bölgələrini əhatə edib. Beş gün müddətində həmin bölgələrdən olan gənc istedadlı aşıqlar seçilib. Aşıqlar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan layihənin rəhbəri əməkdar mədəniyyət işçisi Aşıq Ulduz Sönməzdir. Iştirakçıları Aşıq Ulduzun rəhbərlik etdiyi tanınmış aşıqlardan ibarət münsiflər heyəti seçib.
Keyfiyyətli pomidoru necə müəyyən etməli?
Pomidor yaz-yay fəsllərində ən çox istifadə olunan tərəvəz məhsuludur. Məşiətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. Çox təəssüf ki, hazırda ölkədə satışa çıxarılan pomidorların böyük əksəriyyətinin genetik motifikasiya məhsulu olduğu bildirilir. Məlumata görə, həmin pomidorların yararlıq müdətini artırmaq məqsədilə bu növ məhsulların istehsalında xəstəliklərə və zərərvericilərə qarşı immnutet yaradan bitki və ya heyvan genindən istifadə edilir. Belə halda istehlakçı pomidor alan zaman onun hansı keyfiyyət əlamətlərinə diqqət yetirməlidir?
Mətbuat Şurasının sədri saytların daşıdığı məsuliyyətdən danışdı
Azərbaycanda artıq internet resurslar da yazılı kütləvi informasiya vasitələri üçün nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
"Barselona"nın sabiq prezidenti həbs olundu
"Barselona"nın sabiq prezidenti Sandro Rosel hakim qarşısına çıxıb. Məhkəmə futbol funksionerinin həbsinə qərar verib. Çirkli pulların yuyulmasında təqsirləndirilən Rosellin məhkəməsində vəkili onun cəzasının pul cəriməsi ilə əvəzlənməsini tələb edib. Lakin Madriddəki Beynəlxalq Məhkəmədə hakim Karmen Lamela iş adamının həbsinə qərar verilib və o, həbsxanaya aparılıb. 53 yaşlı biznesmen Braziliya yığmasının teleyayım hüququndan pul mənimsəməkdə və 15 milyon avronu saxta şirkətlər tərəfindən yumaqda günahlandırılıb.
Si Cinpin: "Çin Azərbaycanın əldə etdiyi müvəffəqiyyətlərə sevinir"
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Tamerlan Vahabov: “Azərbaycanın İslam dünyası ilə konstruktiv əlaqələri var”
“Ümumiyyətlə Azərbaycanın keçirdiyi idman oyunlarının hamısına nəzər salanda görərik ki, burada zəncirvari bir məntiq var. Məsələn, biz 2015-ci ildə Bakıda I Avropa Oyunlarını keçirdik. Daha sonra bu il IV İslam Həmrəyliyi Oyunlarını təşkil etdik. Yəni bu, Azərbaycanın sadəcə oyunları keçirmək xatirinə təşkil etdiyi bir oyunlar deyildi. Beləki bu oyunların siyasi əhəmiyyəti də var”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Qızın ona təcavüz edən oğlana məktubu: "Məni torpağa yıxdınız, paltarımı cırdınız..."
Oksford Universitetinin tələbəsi yazdığı bir məktubla sosial şəbəkələrdə böyük səs-küy yaradıb. 20 yaşlı İona Uells bir müddət əvvəl təcavüzdən son anda xilas olub. Belə ki, 17 yaşlı oğlan ona təcavüz etmək istəyib. İona baş verən hadisədən sonra qorxduğu üçün böyük sarsıntı keçirib.
91 məhbus həbsxanadan qaçdı
Braziliyanın Riu-Qrande-du-Norti ştatında 91 məhbus həbsxanadan qaçıb. Məhbuslar sübh tezdən 30-40 metr uzunluğunda tunel vasitəsilə qaçıblar. Mühafizəçilərin diqqətini yayındırmaq üçün digər məhbuslar həbsxanada iğtişaşlar yaradıblar. Təhlükəsizlik qüvvələri qaçan məhbusların axtarışı üçün 36 şəhərdə əməliyyatlar keçirir. Qaçan məhbusların 8-i artıq tutulub.
Dərs müddətinin uzadılması təhsilin keyfiyyətini artıra bilərmi?
Azərbaycanda tədris ilinin müddətinin uzadılması məsələsi yenidən müzakirə predmetinə çevrilib. Sözügedən məsələ isə birmənalı qarşılanmır. Ortada Təhisl Nazirliyi, təhsil üzrə mütəxəssislər və valideyinlərin mövqeyi var. Hər üc tərəfin gətirdiyi arqumentlər məsələnin ictimai müzakirəsini zəruri edir.
Suriyada hava zərbələri nəticəsində 35 dinc sakin həlak oldu
ABŞ-ın rəhbərlik etdiyi terrorçuluq əleyhinə beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələrinin Suriyanın şərqində İŞİD terrorçularının nəzarəti altına olan şəhərə endirdiyi hava zərbəsi nəticəsində azı 35 dinc sakin həlak olub. Suriyada İnsan Haqlarının Monitorinq Mərkəzinin yaydığı məlumata görə, hava zərbəsi Deyr-ez-Zorun Məyadin şəhərinə endirilib. Yaralılar barəsində məlumat verilmir.
.jpg)













