Türkiyə-NATO münasibətlərində yeni dönəm

Son vaxtlar Türkiyənin xarici siyasət sahəsində atdığı bəzi addımlar normallaşmaqda olan Ankara-Moskva münasibətlərinə təsirsiz ötüşməməkdədir. Belə ki, Türkiyənin xüsusilə NATO ilə əlaqələri inkişaf etdirməsi, ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlaması Moskvanı ciddi şəkildə narahat etməkdədir.

Hərbi Alyansın yeni hədəfləri, yaxud Türkiyəyə olan ehtiyac

Son vaxtlar Türkiyənin xarici siyasət sahəsində atdığı bəzi addımlar normallaşmaqda olan Ankara-Moskva münasibətlərinə təsirsiz ötüşməməkdədir. Belə ki, Türkiyənin xüsusilə NATO ilə əlaqələri inkişaf etdirməsi, ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlaması Moskvanı ciddi şəkildə narahat etməkdədir. Bu səbəbdən ekspertlər hesab edirlər ki, NATO-Türkiyə əməkdaşlığı Ankara-Moskva münasibətlərinə öz mənfi təsirini göstərəcək. Elə Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay da bu qənaətdədir. O, bildirib ki, 2015-ci il, noyabr ayının 24-də Türkiyə tərəfindən hava məkanını pozan Rusiyaya məxsus təyyarənin vurulması dünyada böyük bir böhranın, hətta müharibənin xəbərçisi olaraq anıldı. Rusiya İranın təşviqi ilə Suriyaya hava dəstəkli əməliyyatlar üçün öz təyyarələrini göndəricə isə regionda hərəkətlilik artdı. Bu həmin dönəm idi ki, Suriya məsələsində Türkiyə ilə Rusiya uzun zamandır fikir ayrılıqları yaşayırdılar. Amma bu ziddiyyət münasibətlərə xələl gətirmirdi. Paralel olaraq cərəyan edən proseslər fonunda İran da öz siyasətini davam etdirirdi. Belə ki, Tehran bir tərəfdən Rusiyanı regiona çəkərkən, digər tərəfdən də Birləşmiş Ştatlar ilə danışıqları, bazarlıqları davam etdirirdi. Rusiya Suriyaya daxil olduqdan bir neçə həftə keçmədi ki İran ABŞ ilə razılaşaraq Qərb blokunun İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırdı. Görünən o idi ki, Rusiya Suriyaya İran tərəfindən çəkilmişdi, lakin sonradan Tehran Qərblə bazarlığa gedərək Rusiyanı regionda tək buraxmışdı. Bu ərəfədə Rusiya Suriyada Türkiyə ilə qarşı-qarşıya qalma riskini və arxasınca NATO-nun Türkiyəyə nə qədər sahib çıxacağını test etmək istədi. İlk dəfə Rus təyyarəsi Türkiyə hava məkanını pozanda NATO-nun sərgilədiyi mövqe Ankaranı heç də məmnun etmədi. Türkiyə NATO ölkəsi olmasına və hava məkanının pozulmasına baxmayaraq hərbi alyans üzvü olan bir ölkənin hava sərhəddinin pozulmasına səssizlik nümayiş etdirirdi. Nəhayət, Rusiyanın bir neçə dəfə Türkiyənin hava sərhəddini pozması 2015-c il, noyabrın 24-də Rusiya təyyarəsinin vurulması ilə nəticələndi. O vaxtdan etibarən Rusiya-Türkiyə münasibətləri çox gərgin günlər keçirdi. Amma Türkiyənin soyuqqanlı mövqeyi, Rusiyanın isə regional güc olma yolunda atdığı addımlar, eləcə də Rəcəb Tayyib Ərdoğanın üzr məktubu Ankara-Moskva böhranının aradan qaldırılmasına yol açdı". Hasan Oktay deyib ki, Ankara-Moskva böhranı yaşandığı vaxtlar ilk mərhələdəTürkiyə üçün çətin anlar yaşandı Belə ki, Türkiyə NATO-dan gözlənilən davranışı, dəstəyi görmədi. Nəticə etibarilə, Türkiyə təkbaşına çarə axtarmağa üstünlük verdi.

Mərkəz rəhbəri qeyd edib ki, hazırda NATO bir sıra regionlarda hərəkətə keçmək iqtidarındadır. Çünki hərbi alyansın səssizliyi ona olan inamsızlığı, etimadı azalda bilər. Hasan Oktayın sözlərinə görə, bu baxımdan NATO-nun ötən həftə keçirilən Varşava sammiti xüsusi pnəm kəsb edirdi: "Gərgin şəraitdə keçən həftə NATO-nun Varşava sammitində ittifaqın hazırda nə kimi problemlər və təhdidlərlə qarşı-qarşıya olduğunu aydın görünürdü. Rusiya təhdidi, Şərqi Ukraynanın istilası ilə Ukraynanın və Krımın ilhaqının ardınca Moskvanın Şimali və Şərqi Avropa ölkələrinə qarşı təzyiqləri, hərbi güc nümayişi, NATO-da ciddi narahatçılıq təşkil etməkdədir. Hazırda NATO Yaxın Şərqdə yuxuları ərşə çəkən İŞİD terror təşkilatından da ciddi narahatdır. Bütün bunlar azmış kimi struktur problemləri, region daxili sıxıntılar, xüsusilə Suriya başda olmaq üzrə Asiyadan və Afrikadan gələn köç dalğası, bir çox NATO üzvü olan ölkənin başını ağrıdacaq kimi görünür. Bu məqamda NATO-nun yeni hədəflərə sinə gərəcək dinamizmə malik olmadığı aydın görünür və Avropada baş verən təlatümlər üzündən çətin günlər keçirəcəyi istisna edilmir". Hasan Oktay hesab edir ki, NATO-nu düşmüş olduğu böhranlı vəziyyətdən yalnız Türkiyə çıxara bilər və hərbi alyansa baş katiblik artıq Türkiyəyə verilməlidir: "Beləliklə, 24 Noyabrda NATO tərəfindən yalnız buraxılan Türkiyəya baş katiblik verilməklə Ankara müəyyən mənada məmnun edilmiş olar. Beləliklə 1949-cu ildə yaradılan təşkilatın öz fəaliyyətini yeni şərtlər daxilində davam etdirə bilməsi üçün missiyanı yeni şərtlərə görə təyin etməsi və özünü yenidən qurması lazımdır. Varşava Zirvə Toplantısı, NATO-nun bu istiqamətdə bəzi addımlar atmaq niyyətində olduğunu ortaya qoydu". Hasan Oktay onu da deyib ki, Rusiya Soyuq Müharibənin sonuna qədər NATO-ya qarşı yaratdığı hərbi blokun (Varşava Paktı) adını daşıyan ölkənin paytaxtında Moskvaya qarşı yeni planlar hazırlanır: "Türkiyə bu məsələdə hər iki tərəf baxımından da əhəmiyyətli açar mövqeyindədir. NATO indi Rusiyanı təhdid olaraq qəbul edərkən, daha bundan 8 ay əvvəl NATO üzvü bir ölkə olan Türkiyə Rusiya ilə müharibə həddinə gələndə NATO səssiz qalmışdı. İndi Rusiya böyük bir təhdid qarşısında qaldığından Türkiyə-Rusiya münasibətləri yenidən gündəmə gəlməyə başlayıb. Türkiyə artıq NATO-Varşava ittifaqlarının tarazlıq nöqtəsindədir. Bunun üçün də NATO-nun baş katibliyinin Türkiyəyə verilməsi tələb edilir". Bu arada NATO-nun yeni hədəflərindən də söz açan KAFKASSAM sədri deyib ki, bu hədəflər sırasında hərbi alyansın Qara Dənizdə "Daimi Dəniz Gücü" yaratmaq istəyi yer alır. Hasan Oktayın sözlərinə görə, NATO-nun Qara dənizdə "Daimi Dəniz Gücü" yaratmaq ideyası Rusiyanın "arxa bağçasına" davamlı olaraq yerləşmək mənasına gəlir: "Çünki yaradılacaq çoxmillətli missiya gücündə NATO üzvü olan bütün dövlətlərin gəmiləri olacaq. Bu proses fonunda xüsusilə ön plana çıxması gözlənilən ölkələr isə Bolqarıstan və Rumıniyadır.Əslində NATO, bu hərəkəti ilə, Rusiyanı əvvəl Gürcüstan, sonra Krımın timsalında Ukraynadan, bəlkə də Dnestryanı kontekstindən Moldova üzərindən çəkindirməyə çalışır. Çünki "dondurulmuş münaqişə bölgələrin"dən istifadə etməklə təsir rıçaqlarını içə salmaq Rusiyanın əsas xarici siyasət strategiyasında yer alır". Mərkəz rəhbərinin sözlərinə görə, Rusiya Türkiyənin gələcəkdə NATO yanında oynayacağı rolu nəzərə alaraq Türkiyənin bəzi prioritetlərini nəzərə almağa başlayıb: "Xüsusilə Qarabağ münaqişəsində bir həll mərhələsinə gəldiyini də eşidə bilərik. Rusiya ilə Türkiyə yaxınlaşması Rusiyanın hərbi alyansla münasibətlərini də normallaşdıra bilər. Bir sözlə Türkiyə bu prosesdə iki qütbü NATO - Varşava xəttini tarazlaşdıra bilər. Bu həs sas vəziyyətdə Türkiyənin də "iki od" arasında qaldığı aydın görünür. Bir tərəfdə təhlükəsizliyinin zəmanəti saydığı və özünü Qərb Dünyasına bağlayan əsas amil olan NATO, digər tərəfdə iqtisadi, ticarət və enerji kontekstli əlaqələr və regional sabitliyin davamlılığı üçün ehtiyac duyduğu Rusiya. Bu mərhələdə isə NATO-nun verəcəyi qərar Türkiyə üçün önəmlidir. O da NATO-nun baş katibliyinin Türkiyəyə verilməsidir. Hesab edirəm ki, bu qərar dünya sülhü üçün lazımlı bir qərar kimi tarixə düşə bilər". Hasan Oktay əmin olduğunu bildirib ki, tezliklə hərbi alyans da bu reallığı dərk edərək NATO-ya baş katibliyin Türkiyəyə həvalə olunmasına yaşıl işıq yandıracaq.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31