Gündəm
Azərbaycanlı miqrantlara Rusiyadan XOŞ XƏBƏR
Rusiya Federasiyası prezidenti yanında insan hüquqları üzrə şuranın başçısı Mixail Fedotov Rusiya hakimiyyətini ölkə tarixində ilk inzibati amnistiyanı keçirməyə çağırıb. “Kommersant” nəşrinə istinadən xəbər verir ki, M.Fedotov anmistiyanın Oktyabr inqilabının 100 illiyinə uyğunlaşdırmağı təklif edib. Amnistiya sürücülər, iqtisadi və ya miqrasiya qanunvericiliyini, həmçinin kütləvi aksiyaların keçirilməsi qaydalarını pozanlara şamil edilə bilər.
ABŞ-da müsəlmanlar məscidə görə məhkəməyə üz tutdular
ABŞ-ın Nyu-Cersi ştatında yaşayan bir qrup müsəlman dini ayrı-seçkilik iddiası ilə şəhər məhkəməsinə müraciət edib.ABŞ-ın Nyu-Cersi ştatının Bayonne şəhərində müsəlmanların istifadə olunmayan bir anbarı bərpa edərək məscid açma müraciəti qəbul olunmayıb.
Lapşinin istintaqı başa çatdı
Bakıda həbsdə olan bloqqer Alenksandr Lapşin barəsində açılan cinayət işinin istintaqı başa çatıb. Bu ahqda bloqqerin hüquqlarını müdafiə edən Eduard Çernin məlumat verib.Vəkil deyib ki, A.Lapşin hazırda tibb məntəqəsində müalicə olunur: “Özünü yaxşı hiss edir. Bu gün müstəntiq də cinayət işinin istintaqının yekunlaşmasını elan etdi. Mayın 30-da istintaq materialları tanış olmaq üçün mənə təqdim ediləcək və sonra məhkəməyə göndəriləcək".
"Qarabağ danışıqlarında vəziyyətimiz günü-gündən pisləşir..."
Mövcud status-kvo Qarabağ danışıqlarında Ermənistanın vəziyyətini günü-gündən pisləşdirir. Bunu Ermənistanın keçmiş xarici işlər naziri, fövqəladə və səlahiyyətli səfir Arman Melikyan deyib. Melikyanın sözlərinə görə, Dağlıq Qarabağın statusu əvvəl necə havadan asılı qalmışdısa, indi də elədir. Əgər əvvəllər danışıqlar "ərazilərin əvəzində status" formulu əsasında aparılırdısa, indi "ərazilərin əvəzində vəziyyətin yaxşılaşması" haqda danışırlar.
Rusiyalı həmsədr: “Danışıqların əsası yaxşı məlumdur və tərəflər bunu inkar etmir”
Münaqişə tərəflərinin iştirakı ilə keçirilən, əsas məsələlərin baxıldığı hər hansı görüş faydalıdır. Moskvada keçirilən məsləhətləşmələr də bu baxımdan istisna deyil. Görüşdə irəliləyiş baş vermədi.
Millət vəkili: “Bakı-2017”də qazanılan uğurlar Azərbaycan idmançılarının tarixi qələbəsidir”
"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə və yeni standartlar tətbiq edərək keçirməklə növbəti dəfə öz gücünü, təşkilatçılıq bacarığını nümayiş etdirdi. Ölkəmiz bununla həm öznünün müasir tarixinə, həm də İslam Həmrəyliyi Oyunlarının tarixinə növbəti parlaq səhifəni yazdı". Bunu Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib.
Deputat: "Müstəqilliyimizin dəyərini bilməliyik"
“Müstəqilliyin dəyərini bilmək üçün başqa xalqların müstəqillik uğurunda mübarizə tarixinə baxmaq lazımdır. Görürsünüz ki, illərlə çöllərdə, dağlarda mübarizə aparan xalqlara müstəqil olmaq, xəritədə öz rəngi ilə tanınmaq nəsib olmur. Lakin bu bizə nəsib olub və bunun dəyərini bilməliyik”. Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
TUMİB gənclərə milli qəhrəmanları təbliğ edir
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı layihənin icrasını davam etdirir.
Ermənilər ərazilərimizə 25 mərmi atıb
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan da (25 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Muncuqlu, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Vüqar Bayramov Böyük İyirmiliyin Beyin Sammitinə qatılacaq
Böyük İyirmiliyin (G20) Beyin Sammiti mayin 28-də Berlində öz işinə başlayacaq. Bu barədə məlumat verən iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, sammitdə Almaniya, İsveç və eləcə də bir sıra inkişaf etmiş ölkələrin nazirləri ilə yanaşı George Akerlof, Edmund Strother Phelps, Michael Spence kimi Nobel mükafatı almış iqtisadçılar da iştirak edəcəklər.
Avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 sərnişin xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili ilə “MAZ” markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən “Olaylar” verilən məlumata görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:10-da başa çatıb.
“ASAN xidmət” 1 gün işləməyəcək
Respublika günü münasibətilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri mayın 28-də işləməyəcək. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Məlumata görə, mayın 29-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
"Müstəqilliyimiz milli sərvətimizdir"
“Keçən əsrin əvəllərində Azərbaycanın mütərəqqi fikirli ziyalıları milli dövlətçiliyin yaradılması naminə birləşərək 1918-ci ilin may ayının 28-də Azərbaycanın müstəqilliyini bildirən İstiqlal Bəyannaməsini qəbul ediblər”.
"Vyana sazişinin müddətinin uzadılması nefti bahalaşdıracaq"
“Ötən gün OPEC-ə üzv və qeyri-üzv dövlətlər neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərarı gözlənilən idi. Çünki, OPEC daxili ölkələrdən Səudiyyə Ərəbistanının və kartel xaricində Rusiyanın bir müddət öncə sazişin müddətinin 2018-ci ilin mart ayının sonuna qədər uzadılmasını təklif etməkləri bu istiqamətdə razılıq əldə olunması ehtimalının daha yüksək olduğunu deməyə əsas verirdi”.
Əliməmməd Nuriyev: “Azərbaycan hər zaman Rusiyanın maraqlarını qoruyub"
“Hesab edirəm ki, Ümumrusiya Azırbaycanlılar Konqresinin (ÜAK) ləğvi ilə bağlı qərar yanlışdır. Bu, hüquqa söykənən bir qərar deyil”. Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.














