Lapşinin istintaqı başa çatdı

Bakıda həbsdə olan bloqqer Alenksandr Lapşin barəsində açılan cinayət işinin istintaqı başa çatıb. Bu ahqda bloqqerin hüquqlarını müdafiə edən Eduard Çernin məlumat verib.Vəkil deyib ki, A.Lapşin hazırda tibb məntəqəsində müalicə olunur: “Özünü yaxşı hiss edir. Bu gün müstəntiq də cinayət işinin istintaqının yekunlaşmasını elan etdi. Mayın 30-da istintaq materialları tanış olmaq üçün mənə təqdim ediləcək və sonra məhkəməyə göndəriləcək".

Bakıda həbsdə olan bloqqer Alenksandr Lapşin barəsində açılan cinayət işinin istintaqı başa çatıb. Bu ahqda bloqqerin hüquqlarını müdafiə edən Eduard Çernin məlumat verib.Vəkil deyib ki, A.Lapşin hazırda tibb məntəqəsində müalicə olunur: "Özünü yaxşı hiss edir. Bu gün müstəntiq də cinayət işinin istintaqının yekunlaşmasını elan etdi. Mayın 30-da istintaq materialları tanış olmaq üçün mənə təqdim ediləcək və sonra məhkəməyə göndəriləcək". A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31