Gündəm

Azərbaycanda IV kurs tələbəsi 2 qardaşın yerinə qəbul imtahanı verdi

26 May 2017 11:24

Azərbaycanda IV kurs tələbəsi 2 abituriyentin əvəzinə qəbul imtahanında iştirak edib.  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədriMəleykə Abbaszadə Az.TV-də yayımlanan "Günün nəbzi" proqramında bildirib ki, bəzi valideynlər övladlarının qəbul imtahanlarında yüksək nəticə göstərməsi üçün müəyyən yollar axtarırlar. Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında IV kurs tələbəsinin abituriyentin əvəzinə imtahan vermək istədiyini aşkarlanıb.

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib 

26 May 2017 11:22

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Rüşvət almaqda ittiham edilən dövlət məmurunu edam etdilər

26 May 2017 11:20

Çinin Xalq Siyasi Məsləhət Şurasının Daxili Monqolustan Muxtar Bölgəsi Komitəsi başçısının müaviniÇjao Lipin barəsində çıxarılan edam hökmü mayın 26-da səhər saatlarında icra olunub.

Psixoloji problemi olan aktyor: "Məndən qorxacaqsınız"

26 May 2017 11:18

Uzun müddət psixoloji problemlər yaşayan və kino aləmindən uzaq düşən aktyor Arda Kural yenidən çəkiliş meydançasına qayıdıb.  Aktyor rejissor Gülşən Günerin çəkdiyi "Nefrin" filmində rol alıb.

Saxta endirimlərlə necə mübarizə aparmalı? - Yeni təklif var

26 May 2017 11:17

Məhsulun çek və qaiməsinin üzərində sonuncu qiymətlə yanaşı, əvvəlki qiyməti də əks olunmalıdır. Mövsümi dəyişikliklərlə bağlı Bakının müxtəlif mağazaları, ticarət obyektlərinin vitrinlərində yüksək faizli endirimlərin tətbiq olunduğuna dair yazılara rast gəl bilərik.

“Siqaret alma! Alma al!” aksiyası

25 May 2017 23:10

Bakı şəhərində "Siqaret alma! Alma al!" aksiyası keçirilib. Səhiyyə Nazirliyinin dəstəyi ilə 31 may - Ümumdünya Tütünsüz Günü ərəfəsində keçirilmiş aksiyanın məqsədi əhalinin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları zərərli vərdişlərdən uzaq olmağa dəvət etmək olunub.

Kamal Abdulla Bilik Fondunda

25 May 2017 23:03

Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bilik Fondunda müşavirə keçirib. Fonddan "Olaylar" - a bildrlib ki, müşavirədə ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müxtəlif sahələr üzrə Fondun lektorlar qruplarının işinin yenidən təşkili və lektorların ölkədaxilində gələcək fəaliyyət planı müzakirə olunub.

“Tariximizi öyrənək və öyrədək” adlı intellektual müsabiqə 

25 May 2017 22:59

Bilik Fondunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Tədbirlər planının 12-ci bəndinə əsasən və 28 May - Respublika Günü münasibətilə "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri arasında intellektual müsabiqə keçirilib. Fondda "Olaylar" - a bildirlib ki, müsabiqənin şərtlərinə əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Universitetindən olan iştirakçı tələbələrin hər biri Ulu öndərin həyat və yaradıcılığından bəhs edən 10 dəqiqəlik slayd nümayiş etdiriblər.

Braziliyada 28 may - Respublika günü

25 May 2017 22:45

Braziliya Federativ Respublikasının paytaxtı, Brazilia şəhərində Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 28 may - "Respublika Günü"nə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, tədbirə, Braziliya milli konqresinin üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, yerli KİV-rin nümayəndələri və iş adamları iştirak ediblər. Tədbirdə hər iki dövlətin himninin səsləndirilməsindən sonra, səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara Azərbaycan və 28 may - Respublika Günü barədə ətraflı məlumat verərək, qeyd etdi ki, 1991-ci ildə müstəqiliyi əldə etdikdən sonra Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxamyaraq Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu çətinliklərin öhdəsindən gəlmiş və Prezident İlham Əliyevin ardıcıl və uzaq görən siyasəti nəticəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələri həyata keçirərək Azərbaycan regionun lider ölkəsinə çevrildi.

Hamilə ikən necə yatmaq lazımdır?

25 May 2017 20:03

Aparılan araşdırmalar hamiləliyin irəliləyən dövrlərində sağ tərəfə yatmanın ölü doğuş riskini artırdığını göstərir. Hamilə ikən hansı tərəfə və necə yatmaq lazımdır sualı ilə maraqlanırsınızsa, bu yazını oxuyun.

Şərf toxuyub Ginnesin rekordlar kitabına düşdülər

25 May 2017 19:53

Hindistanda toxuculuq sevənlər klubunun bir neçə üzvü 14,09 kilometr uzunluğunda şərf toxuyub. Onlar bu nəticə ilə Ginnesin rekordlar kitabına düşüblər. Şərfin toxunması fevral ayından başlayıb və bu prosesdə 700-dən çox qadın iştirak edib. Hindistanlı qadınlarla yanaşı, toxuculuq prosesində Dubay, Honkonq, Sinqapur və Polşadan olan qadınlar da iştirak ediblər.

“Intel” korporasiyası yeni interfeysi populyarlaşdıracaq

25 May 2017 19:48

2 il bundan əvvəl “Intel” korporasiyası iki perspektivli texnologiyanı birləşdirməklə kompüter interfeyslərinin inkişaf istiqamətini müəyyənləşdirib: “USB-C” simmetrik portu və “Thunderbolt 3” sürət interfeysi. Amma sənaye sözügedən yeniliyin tətbiqinə tələsmir, yalnız ən bahalı kompüterlərdə bu texnologiyalar tətbiq edilir. “Intel” bu vəziyyəti düzəltməyə qərar verib.

Yeni “Huawei” planşetləri təqdim ediləcək

25 May 2017 19:43

Çinin “Huawei” şirkəti “Honor Play Tab 2” planşet kompüterlərinin təqdimatına hazırlaşır. 8 və 9,6 düym diaqonallı modellərdən ibarət qurğuların “IPS” ekranlarının təsvir ölçüsü 1280х800 piksel təşkil edir.

Yaddaşınız sizi aldadır? - Bu üsul sizə kömək edər

25 May 2017 19:37

Son vaxtlarda yaşından asılı olmayaraq insanlar unutqanlıqdan şikayət edirlər. İstər gənc nəsil, istərsə də yaşlı nəslin nümayəndələri yaddaşı qüvvətləndirən müxtəlif dərman preparatlarından istifadə edir. Bu bir tərəfdən xeyirli olsa da, digər tərəfdən orqanizmə qarşısıalınmaz ziyanlar vurur.

Nişan üzüyünü sol və sağ əldə gəzdirən xalqlar - QƏRİBƏ SƏBƏBLƏR

25 May 2017 19:33

Dünya xalqlarının hər birinin özünəməxsus adət-ənənəsi, mədəniyyəti, inancları var. Gündəlik həyatda bunlar haqqında çox az insan düşünür. Lakin elə mövzular var ki, onların dünya ölkələrində müxtəlif mənalar daşıması insanı olduqca düşündürür. Məsələn, telefona "alo" demədən cavab verən və ya heç vaxt öpüşməyən xalqlar...