Gündəm

“Google” şirkəti böyük ölçülü “4K” təsvir ölçülü sensorlu interaktiv lövhə istifadəyə verib

25 May 2017 19:29

“Google” şirkəti “Jamboard” adlı interaktiv lövhənin satışlarına başlayıb. Məlumat üçün, sözügedən qurğu 2016-cı ilin oktyabrında təqdim edilib. “Jamboard” böyük ölçülü sensor ekrandır və adi interaktiv lövhə kimi istifadə edilə bilər. “ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, qurğu “G Suite” korporativ paketinə əlavə kimi təqdim edilir və “Google”un “bulud” xidmətlərinə inteqrasiya edilib. Sensor displey eyni anda 16-dək toxunuşu “tanıyır”, 55 düymlük diaqonala, “4K Ultra HD” (3840x2160 piksel) təsvir ölçüsünə malikdir, daxili HD veb-kamera, dinamiklər, “HDMI”, “USB” portları ilə təchiz edilib və “Wi-Fi” texnologiyasını dəstəkləyir.

Heyvanlar da yuxu görür?

25 May 2017 19:23

Heyvanların yuxu görüb-görmədiklərini bilmirik. Lakin tədqiqatçıların onların yuxu görüb-görmədikləri ilə bağlı məlumatları var. Aile.lent.az həmin məlumatlarla sizi də tanış edir.

Hakerlər qurğulara müdaxilə məqsədilə subtitrlərdən istifadə edirlər

25 May 2017 19:18

“Check Point Software” antivirus şirkəti dünyada 200 milyon istifadəçini təhlükə altında qoyan yeni kiberhücum aşkar ediblər. Hakerlər “VLC”, “Kodi” (“XBMC”), “Popcorn Time” və “Stremio” kimi proqram mediapleyerləri üçün zərərverici subtitrlər yaratmağı və bu proqram təminatı qurulmuş qurğulara (smartfon, planşet, kompüter, televizor) müdaxilə etməyi öyrəniblər.

Dronla təchiz edilən ilk avtonom mühafizə avtomobili təqdim olunub- VİDEO

25 May 2017 19:12

Müşahidə xarakterli pilotsuz uçan aparatların və avtonom avtomobillərin yenilik olmamasına baxmayaraq Sinqapurun “Otsaw Digital” şirkəti onları bir texnologiyada birləşdirməyə nail olub. “O-R3” özündə həm yerüstü pilotsuz uçan aparat nəqliyyat vasitəsini, həm də avtonom dronu birləşdirən dünyanın ilk avtonom yerüstü hava mühafizə avtomobilidir.

Üç yeni “Sony” smartfonu nümayiş olunacaq

25 May 2017 19:08

Yaponiyanın “Sony” texnoloji şirkəti sentyabrda Berlində keçiriləcək “IFA” konfransında “Xperia XZ1”, “Xperia XZ1 Compact” və “Xperia X1” smartfon modellərinin nümayişini planlaşdırır.

Özcan Denizdən Bollivuda oğurluq ittihamı

25 May 2017 19:04

Müğənni-aktyor Özcan Deniz "Su və atəş" filminin Bollivud tərəfindən oğurlandığını iddia edib.  Aktyor "Siddhartha" hind filminin onun ekran işi ilə eynilik təşkil etdiyini bildirib.

Eyni gündə Obama və Trampla görüşəcək

25 May 2017 18:58

Almaniya kansleri Angela Merkel bu gün ABŞ-ın eks və hazırki prezidentləri Barak Obama və Donald Trampla grüşəcək. Merkel öncə alman protestant kilsəsi tərəfindən Brandenburq qapısının qarşısında təşkil olunan tədbirdə Obama ilə görüşəcək, daha sonra isə NATO üzvlərinin sammitində iştirak etmək üçün Brüsselə yollanacaq.Orada kanslerin D. Trampla görüşü baş tutacaq. 

Əkrəm Zeynallı Azərbaycanın İsveçrədəki səfiri vəzifəsindən geri çağırılıb

25 May 2017 18:53

Prezident İlham Əliyev Əkrəm Zeynallının Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

"Torino"nun ehtiyat qapıçısı "İnter"ə keçir

25 May 2017 18:47

"Torino"nun ehtiyat qapıçısı Daniele Padelli Milan klubuna keçir.  Klub prezidenti Urbano Kayro onun üçün "İnter"dən gələn təklifi qəbul etdiklərini açıqlayıb. 31 yaşlı qapıçı "nerazzurri"də Samir Handanoviçin əvəzləyicisi olacaq. Ötən mövsüm Turin klubunda əsas heyət mübarizəsində Co Harta uduzan italiyalı qapıçı 2 çempionat matçında meydana çıxmışdı.

"Rəqib çempionluğu gözəl futbolla qazanmadı"

25 May 2017 18:46

Final oyunu isə etiraf edək ki, çox sıxıcı oldu. "Mançester Yunayted" ancaq uzun ötürmələrlə oynadı və risq etmədi.  Bunu "Ajax"ın baş məşqçisi Peter Bos komandasının Avropa Liqasının finalında "Mançester Yunayted"ə 0:2 hesablı məğlubiyyətindən danışarkən deyib: "Bu kiçik uşaqlar final oynamağa alışmayıblar.

9 terrorçu öldürüldü

25 May 2017 18:45

Ötən gün Türkiyənin Van vilayətində Çaldıran rayonunun Gülizar kəndi yaxınlığında şosse yolunu kəsərək yük avtomaşınlarını yandıran terrorçu dəstə bu saatlarda Türk Silahlı Quvvələrinin keçirdiyi əməliyyat nəticəsində zərəsialəşdilib. Tandirək kəndi yaxınlığında hərbiçilər ilə terrorçular arasında baş verən silahlı qarşıdurma nəticəsində 9 terrorçu öldürülüb. Əməliyyat davam edir.

Ronaldunun işi ilə bağlı sənədlər prokurorluğa göndərildi

25 May 2017 18:32

Bir sıra ulduz futbolçular kimi Kriştianu Ronaldu da vergidən yayınmaqda ittiham olunur. İspaniya Vergi komitəsi portuqaliyalı hücumçunun işi ilə bağlı sənədləri Madrid prokurorluğuna təqdim edib. Ronaldu 2011-14-cü illərdə imic hüquqlarından əldə etdiyi gəliri vergi orqanına tam açıqlamaqda şübhəli bilinir.

Qərargah: Xəzərdə kişi meyiti tapılıb

25 May 2017 18:24

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. 

Prezident İlham Əliyev Mahmud Nəbiyevə "Əməkdar hüquqşünas" fəxri adı verib

25 May 2017 18:19

Azərbaycan Prezidenti İlham Əliyev Mahmud Nəbiyevə "Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının prokurorluq və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Yusif oğlu Nəbiyevə "Əməkdar hüquqşünas" fəxri adı verilsin.

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:17

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu göndərib.