"Torino"nun ehtiyat qapıçısı "İnter"ə keçir
"Torino"nun ehtiyat qapıçısı Daniele Padelli Milan klubuna keçir. Klub prezidenti Urbano Kayro onun üçün "İnter"dən gələn təklifi qəbul etdiklərini açıqlayıb. 31 yaşlı qapıçı "nerazzurri"də Samir Handanoviçin əvəzləyicisi olacaq. Ötən mövsüm Turin klubunda əsas heyət mübarizəsində Co Harta uduzan italiyalı qapıçı 2 çempionat matçında meydana çıxmışdı.
25 May 2017 18:47 İdman"Torino"nun ehtiyat qapıçısı Daniele Padelli Milan klubuna keçir. Klub prezidenti Urbano Kayro onun üçün "İnter"dən gələn təklifi qəbul etdiklərini açıqlayıb. 31 yaşlı qapıçı "nerazzurri"də Samir Handanoviçin əvəzləyicisi olacaq. Ötən mövsüm Turin klubunda əsas heyət mübarizəsində Co Harta uduzan italiyalı qapıçı 2 çempionat matçında meydana çıxmışdı. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31