Özcan Denizdən Bollivuda oğurluq ittihamı
Müğənni-aktyor Özcan Deniz "Su və atəş" filminin Bollivud tərəfindən oğurlandığını iddia edib. Aktyor "Siddhartha" hind filminin onun ekran işi ilə eynilik təşkil etdiyini bildirib.
25 May 2017 19:04 DünyaMüğənni-aktyor Özcan Deniz "Su və atəş" filminin Bollivud tərəfindən oğurlandığını iddia edib. Aktyor "Siddhartha" hind filminin onun ekran işi ilə eynilik təşkil etdiyini bildirib. "Su və atəş"in həm ssenari müəllifi, həm rejissoru, həm də baş rol ifaçısı olan Özcan İnstaqram səhifəsində hər iki filmdən kadrlar paylaşaraq bunları yazıb: "Deyəsən, Bollivud bizim "Su və atəş" filmimizi oğurlayıb. Özü də kadr-kadr". Avşar Film və DNZ Film prodüser şirkətlərinin vəkilləri artıq məsələ ilə bağlı hindli həmkarlarına müraciət edib. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31