Gündəm
Prezident İlham Əliyev Abbasəli Novruzovu "Şöhrət" ordeni ilə təltif edib
Azərbaycan Prezidenti İlham Əliyev Abbasəli Novruzovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbasəli Ramazan oğlu Novruzov "Şöhrət" ordeni ilə təltif edilsin.
Aydın Əliyev "Şöhrət" ordeni ilə təltif edildi
Azərbaycan Prezidenti İlham Əliyev Aydın Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev "Şöhrət" ordeni ilə təltif edilsin.
Bir gündə 7 türk hərbçi öldü
Türkiyə Silahlı Qüvvələrinin (SQ) Van və Hakkari vilayətlərində apardığı antiterror əməliyyatları zamanı 4 hərbçi və 1 təhlükəsizlik orqanının əməkdaşı ölüb. İki bölgədə davam edən əməliyyatlar zamanı 9 terrorçu məhv edilib.
Cahangir Hacıyev ittihamları qəbul etmədi
Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyevin Trend-ə verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkilləri çıxış edib. Vəkillər C.Hacıyevə bəraət istəyib.
"Hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə xidmət edir"
"Azərbaycanda keçirilən hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə, eyni zamanda bu yarışların, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının beynəlxalq, xarici telekanallarda izlənilməsinə və bununla da Azərbaycanın təbliğinə xidmət edir".
Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı
Dövlət İmtahan Mərkəzi 2017-ci ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının tarixlərini açıqlayıb. Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının, buraxılış imtahanlarının, orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarının tarixləri müəyyən olunub.
Putin: "Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb"
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib.
Reys təxirə salındı - "Cihadçının telefonu"na görə
Meksikadan Böyük Britaniyaya uçmalı olan təyyarənin pilotu reysi həyata keçirməkdən imtina edib. Buna səbəb sərnişinlərdən birinin telefonunda təyyarəyə oturduqdan sonra "Cihadçının telefonu" adlı Wi-Fi şəbəkəsi tapması olub.
Kukla teatrında “Şahın xudpəsənd oğlu”
İyun 1 - də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Abdulla Şaiq adına Kukla teatrında tamaşa-konsert təqdim olunacaq. Teatrdan "Olaylar" - a bildirlib ki, teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının əvvəlcə repertuarlarında yer alan maraqlı səhnə işlərindən olan "Şahın xudpəsənd oğlu" tamaşasını nümayiş etdirəcək və ardında musiqi çələngini təqdim edəcəklər.
Şöbə müdiri: "Azərbaycanda təhsil müddəti dünya ilə müqayisədə 6 həftə azdır"
"Təhsilin müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir. 2 il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişikliklərdəm sonra 34 həftə olub. Hətta bu dəyişiliklərdən sonra belə Azərbaycan yenə də ən az uşağını məktəbə göndərənlərdən biridir".
Respublika günü “Oyuq” – çular çıxış edəcək
Mütəmadi maraqlı layihələrlə balaca teatrsevərləri sevindirən, hazırladığı tamaşalarla onların tamaşaçı zövqünü formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı layihə reallaşacaq. 28 May - Respublika Günü münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında maraqlı layihə reallaşacaq. Teatrdan "Olaylar" - a bildirlib ki, bayram günü teatrla Dənizkənarı Bulvar İdarəsi birlikdə bulvar ərazisində açıq hava konserti reallaşdıracaqlar. Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının həvəskar aktyorları tədbirə dəvət olunacaq valideyn himayəsindən məhrum olmuş uçaqlar, eləcə də şəhər sakinləri qarşısında öz istedadlarını nümayiş etdirəcəklər.
Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi mövzusunda konfrans keçirilib
Mayın 25-də, Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən ”Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda gənclərin iştirakı ilə konfrans keçirilib. Tədbirə Nərimanov rayon Gənclər və İdman idarəsi də təşkilati dəstəyi verib. İctimai Birlikdən “Olaylar”a verilən məlumata görə, layihənin rəhbəri “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin sədri Nail Şükürov bildirb ki, konfransın keçirilməsində əsas məqsəd işğal altında olan Qarabağın maddi – mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı faktların elektron vasitələr ilə həm Azərbaycanda, həm də dünyada daha geniş auditoriyaya təbliğ olunması, gənclərin və gənclər təşkilatlarının Azərbaycan həqiqətlərinin – mədəniyyət irsinin obyektiv formada dünyada yayılmasında rolunun artırılmasıdır.
Naftalan şəhərində veloyürüş keçirilib
“28 May-Respublika günü” münasibətilə Naftalanda veloyürüş keçirilib. 25 may 2017-ci il tarixdə Naftalan şəhərində Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman idarəsinin, eləcə də Naftala hotel Qaşaltının birgə təşkilatçılığı ilə “28 May-Respublika günü” münasibətilə veloyürüş keçirildi. Veloyürüşdə Azərbaycan Velosiped İdman Federasiyasının baş katibi Fərhad Əliyev və təşkilati məsələlər üzrə menecer Faiq Qurbanov iştirak etdilər.
Rumıniya universitetlərinin nümayəndələri BDU-da
Birinci Azərbaycan-Rumıniya Universitet Forumu çərçivəsində Rumıniyanın İaşinin “Alexandru Ioan Cuza” Universiteti, Kənd Təsərrüfatı Elmləri və Veterinar Təbabət Universitetinin prorektorları – Liviu Dan Miron, İonel Mangalagiu, eyni zamanda, diplomatik müşavir Mihaela İanku Bakı Dövlət Universitetində olublar. Universitetdən “Olaylar” – a bildirilir ki, rektor, akademik Abel Məhərrəmovla görüşdə universitetlərarası əlaqələr, ikili proqramlar, birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib.












.jpg)
