Respublika günü “Oyuq” – çular çıxış edəcək

Mütəmadi maraqlı layihələrlə balaca teatrsevərləri sevindirən, hazırladığı tamaşalarla onların tamaşaçı zövqünü formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı layihə reallaşacaq. 28 May - Respublika Günü münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında maraqlı layihə reallaşacaq. Teatrdan "Olaylar" - a bildirlib ki,  bayram günü teatrla Dənizkənarı Bulvar İdarəsi birlikdə bulvar ərazisində açıq hava konserti reallaşdıracaqlar. Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının həvəskar aktyorları tədbirə dəvət olunacaq valideyn himayəsindən məhrum olmuş uçaqlar, eləcə də şəhər sakinləri qarşısında öz istedadlarını nümayiş etdirəcəklər.

Mütəmadi maraqlı layihələrlə balaca teatrsevərləri sevindirən, hazırladığı tamaşalarla onların tamaşaçı zövqünü formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı layihə reallaşacaq.

28 May - Respublika Günü münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında maraqlı layihə reallaşacaq. Teatrdan "Olaylar" - a bildirlib ki,  bayram günü teatrla Dənizkənarı Bulvar İdarəsi birlikdə bulvar ərazisində açıq hava konserti reallaşdıracaqlar. Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının həvəskar aktyorları tədbirə dəvət olunacaq valideyn himayəsindən məhrum olmuş uçaqlar, eləcə də şəhər sakinləri qarşısında öz istedadlarını nümayiş etdirəcəklər.
28 may saat 18.00-da başlanacaq konsertdə studiyanın fəalları kiçik səhnəciklər nümayiş etdirəcək, repertuarlarında yer alan vətənpərvərlik mövzulu mahnılarını ifa edəcəklər.
Tədbirin təşkilində məqsəd balacalara bu günün önəmini aşılamaq və müstəqil dövlətimizin yetişən nəsillərə diqqət və qayğısını nümayiş etdirməkdir.
Qeyd edək ki, tədbir xeyriyyə məqsədilə təşkil olunur və balacaların iştirakı sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31