Şöbə müdiri: "Azərbaycanda təhsil müddəti dünya ilə müqayisədə 6 həftə azdır"

"Təhsilin müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir. 2 il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişikliklərdəm sonra 34 həftə olub. Hətta bu dəyişiliklərdən sonra belə Azərbaycan yenə də ən az uşağını məktəbə göndərənlərdən biridir".

"Təhsilin müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir. 2 il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişikliklərdəm sonra 34 həftə olub. Hətta bu dəyişiliklərdən sonra belə Azərbaycan yenə də ən az uşağını məktəbə göndərənlərdən biridir". Bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev Azərbaycanda tədris müddətinin azaldılması ilə bağlı təkliflərə münasibətini bildirərkən deyib. Azərbaycanda orta təhsil müddətinin dünya ortalamasından 6 həftə az olduğunu dilə gətirən şöbə müdiri söyləyib ki, ona görə də validyenlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görünmür: "Artırılan tədris həftələrində hansı işlərin görüldüyü ayrı-ayrı mətkəblərin, müəllimlərin davranışı ilə bağlıdır. Bir çox məktəblərdə bu müddətdə müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır . Bunun faydasını dərhal yox, uzun müddətdə görəcəyik. Təhsil müddətinin artırılmasının təhsilə çox böyük faydası var, nəinki azaldılmasının".

E.Əmirullayev əlavə edib ki, dərslərin başlama və bitmə vaxtı müvafiq sənədlərlə tənzimlənir: "Mövcud qaydalara görə Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31