Gündəm

Prokurorluq “Hürriyyət”in baş redaktoruna xəbərdarlıq etdi

25 May 2017 17:10

Baş Prokurorluqda aparılmış araşdırmalarla “Hürriyyət” qəzetində və həmin dövri mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulması aşkar edilib. Bu haqda qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib. Araşdırmalarla müəyyən olunub ki, mətbu orqandaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib

25 May 2017 17:06

Mayın 25-də bu istiqamətdə növbəti tədbir – Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, formda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində ölkə üzrə 360 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 36,2 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1345 investisiya layihəsinin maliyyələşdirilməsinə 377,6 milyon manat güzəştli kredit verilib.

Müdafiə Nazirliyindən Ermənistanın iddialarına cavab

25 May 2017 16:50

Müdafiə Nazirliyindən (MN) Ermənistan mətbuatının növbəti dəfə guya Azərbaycan tərəfinin monitorinq zamanı ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə xəbərə münasibət bildirilib.

Həkim sirri təşkil edən məlumatlar yeni qaydada veriləcək

25 May 2017 16:46

Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanına yeni səlahiyyət verilir. Məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

AHİK-də Azərbaycan və Tacikistan həmkarlar ittifaqları arasında Memorandum imzalandı

25 May 2017 16:45

2017-ci il mayın 25-də AHİK-də Tacikistan Müstəqil Həmkarlar İttifaqları Federasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib. Mərasimdə çıxış edən AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqları salamlayaraq ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Rusiya XİN: Azərbaycanla münasibətlərimizi digər beynəlxalq faktorlarla əlaqələndirmirik

25 May 2017 16:43

"Rusiya Azərbaycanla münasibətləri dəstəkləyir və inkişaf etdirir". Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Nazir müavini: “Əhalinin əmanətlərini Beynəlxalq Bankdan götürməsi üçün heç bir əsas yoxdur”

25 May 2017 16:38

“Əhalinin əmanətlərini Azərbaycan Beynəlxalq Bankdan götürməsi üçün heç bir əsas və həyəcan yoxdur”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı maliyyə nazirinin müavini, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədri Azər Bayramov deyib.

Dövlət Komissiyası itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerləri ilə bağlı əhaliyə müraciət edib

25 May 2017 16:19

Son günlərdə kütləvi informasiya vasitələrində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri və dəfn prosesində çəkilmiş fotoşəkillərin yayılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və ayrı-ayrı vətəndaşlar tərəfindən itkinlərə aid məzarların açılması istiqamətində bir sıra qeyri-qanuni addımların atılmasına cəhdlər edilib.

ADMİU-da konserti

25 May 2017 16:19

ədəniyyət və İncəsənət Universitetində Rafiq Babayev adına 25 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin və Rafig's Jazz Group-un iştrakı ilə “Retro Jazz” adlı konsert keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, konsertdə musiqi məktəbinin şagirdləri R.Babayevin “2 prelüd”, V.Mustafazadənin “Mart”, M.Dvorjak “Etüd № 2”, D.Kramer “Petersona ithaf”, H.Lang “It’s oh so quiet”, H.Mancini “Moon river”, “The man I love”, G.Miller “In the mood” və G.Gershwin “Promenade” (“İtlə gəzinti”), II prelüd (“Caz laylası”), “Üç prelüd” I prelüd, III prelüd (“İspansayağı”), “Summertime”, “The man I love” retro jazz nümunələrini ifa ediblər.

Endikrinoloji Mərkəz: Qonşu ölkələrə müalicə üçün gedənlərin çoxu tabutda qayıdır

25 May 2017 16:17

Qalxanabənzər vəzi xəstəliyi çox zaman başqa xəstəliklərin maskası altında gizlənir. Səhiyyə Nazirliyinin Respublika Endikrinoloji Mərkəzin direktor müavini Babək Saleki bildirib ki, özlərində müəyyən şübhəli hallar hiss edən, xəstəliyin müxtəlif formaları müşahidə olunan xəstələr endokrinoloqdan öncə kardioloq, nevropatoloq, göz həkimi və ya digərlərinə müraciət edir.

Yerevanda gizli Qarabağ müzakirəsi: Hərbi Polis İdarəsinin rəisi işdən qovuldu

25 May 2017 16:15

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib. Görüşlə bağlı rəsmi açıqlama verilməyib. Ehtimal olunur ki, ordu rəhbərliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsi ətrafında gedən proseslər müzakirə olunub.

Musa Qasımlı: “Azərbaycanın yeni bir modeldə təqdimatı oldu”

25 May 2017 16:12

“IV İslam Həmrəyliyi oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın yeni bir modeldə təqdimatı oldu, yeni standartlar yarandı”. Bunu  millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

Ramazan ərəfəsində bazarda ucuzlaşma - Qiymət siyahısı - VİDEO

25 May 2017 16:10

İki gündən sonra Azərbaycanda Ramazan ayı başlayır.  Bayram ərəfəsində paytaxtın bir neçə bazarında olub. Meyvələrin, tərəvəz, ət və ağartı məhsullarının qiymətləri ilə maraqlanıb. Məlum olub ki, mövsümlə əlaqədar daha çox meyvə-tərəvəz məhsullarının qiymətində ciddi ucuzlaşma müşahidə olunur.

"Serj Sarkisyan izlərin itirilməsi ilə məşğuldur" İTTİHAM

25 May 2017 16:02

“Serj Sarkisyanın öz siyasi planları barədə konkret fikirlər söyləməkdən inadla qaçması, eyni zamanda bu mövzudan kənar qalmağa göstərdiyi cəhdləri belə qənaətə gəlməyə zəmin yaradır ki, heç də hər şey onun nəzarətində deyil”.