Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib
Mayın 25-də bu istiqamətdə növbəti tədbir – Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, formda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində ölkə üzrə 360 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 36,2 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1345 investisiya layihəsinin maliyyələşdirilməsinə 377,6 milyon manat güzəştli kredit verilib.
25 May 2017 17:06 SosialMayın 25-də bu istiqamətdə növbəti tədbir - Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, formda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində ölkə üzrə 360 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 36,2 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1345 investisiya layihəsinin maliyyələşdirilməsinə 377,6 milyon manat güzəştli kredit verilib.
İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 9,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, tikinti materiallarının istehsalı
istixana kompleksinin yaradılması, mətbəx və məişət mallarının istehsalı, quşçuluq və heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Balaxanı Sənaye Parkında sürtgü yağlarının təkrar istehsalı müəssisəsinə baxış keçirilib.