Gündəm

Qarabağda ermənilərin qanunsuz fəaliyyətinə dair yeni sənəd

25 May 2017 15:58

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy”adlı sənəd BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb.

Mançesterdəki terror aktı ilə bağlı 8 nəfər saxlanılıb

25 May 2017 15:48

İngiltərənin Mançester şəhərində baş vermiş terror aktı ilə əlaqədar 8 nəfər saxlanılıb. Bunu şəhər polisinin rəisi İan Hopkins deyib. O bildirib ki, həmin 8 nəfər hazırda həbsdədir: "Ötən gün saxlanılan daha bir nəfər isə artıq sərbəst buraxılıb".

Hərbi xidmətdən yayınanların işi çətinləşir

25 May 2017 15:46

Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanına yeni səlahiyyət verilir. Bu barədə məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Terrorçudan polisə şikayət etmişdilər...

25 May 2017 15:44

İngiltərə mətbuatı Mançesterdəki terror aksiyasının qarşısı alına bilərdi iddiası ilə çıxış edib. Salman Abedin adlı şəxsin  terror aksiyası törətməsindən bir neçə ay əvvəl onu tanıyan Mançester sakinləri  bu şəxsin təhlükəli olduğu haqqında polisə çoxlu sayda şikayət ərizəsi ilə müraciət etdikləri məlum olub.

"IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın İslam dünyasına böyük hədiyyəsi idi"

25 May 2017 15:43

"IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi cənab Prezident İlham Əliyevin təşəbbüsü idi və oyunlar çox yüksək səviyyədə təşkil edildi". Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. B.Sadıqov bildirib ki, bu gün İslam dünyasının həmrəyliyə, birləşməyə çox böyük ehtiyacı var: "Son dövrlərdə dünyada, xüsusən Ərəb ölkələrində baş verən proseslər həm də ondan qaynaqlanır ki, İslam dövlətləri bir arada deyillər. Belə bir məqamda cənab Prezident Azərbaycanda "İslam həmrəyliyi ili" elan etdi və bu həmrəyliyə nail olmaq üçün ilk möhtəşəm addım atıldı. 54 İslam dövlətinin idmançıları, nümayəndələri 10 gündən artıq Azərbaycanda oldu, bütün İslam dünyasının diqqəti ölkəmizə yönəldi. IV İslam Həmrəyliyi Oyunları İslam dövlətlərinin həmrəyliyi yolunda atılan çox böyük, təsirli və kütləvi bir addım oldu".

14 yaşlı qıza göz dikən seksual manyaklara AĞIR CƏZA

25 May 2017 15:41

Bakıda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Nəcməddin İmanov və 1982-ci il təvəllüdlü Rəşad Cəfərov cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən təqsirləndirilən şəxslərə sanksiyada olan ən ağır cəza- 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ndlovu milliyə çağrılmadı

25 May 2017 15:40

Cənubi Afrika Respublikası (CAR) yığmasının yeni baş məşqçisi Stüart Bakster səfərdə Nigeriya ilə keçirəcəkləri 2019-cu il Afrika Millətlər Kubokunun seçmə oyunu üçün heyəti açıqlayıb.

Azərbaycanda VII Şairlər Günü qeyd olunacaq

25 May 2017 15:32

Bir neçə il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu layihə ötən illərdə daha geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib. Yazıçılar Birliyindən “Olaylar” – a bildirlib ki, 5 iyun böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür. Odur ki, tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edir. Şairlər Günün başqa bir özəlliyi isə şair və yazıçılar Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gülsəpmə mərasimində iştirak edəcəklər..

Azərbaycan sülh və təhlükəsiz üzrə beynəlxalq tədbirdə

25 May 2017 15:30

Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Əhali Fondu tərəfindən "Gənclər, Sülh və Təhlükəsizlik: Regional Məsləhətləşmə və Dialoq" mövzusunda keçirilən konfransda Azərbaycanı təmsil edir. Milli Şuradan “OLAYLAR”-a bildirilib ki, 23-25 may tarixlərində İstanbul şəhərində keçirilən tədbirdə 20 ölkədən 39 gənc iştirak edir.

İƏT-in Daimi Komitəsinin 5-ci illik koordinasiya iclası keçirilir

25 May 2017 15:29

Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) milli və işçi qruplar üzrə əlaqələndirici şəxslərinin 5-ci illik koordinasiya iclası keçirilir.

Ağdaş sakinindən sənədsiz ov tüfəngi götürülüb

25 May 2017 15:27

Ağdaş sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, daxil olan məlumat əsasında Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xosrov kənd sakini Firqət Musayevin evindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Keçmiş məhkumlar əlbir olub evləri qarət ediblər

25 May 2017 15:25

Mayın 21-də Gəncə şəhəri ərazisindəki evlərdən birindən qızıl, gümüş və məişət əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elnur İsmayılov və Həmidə Məmmədova tutulublar. Faktla bağlı araşdırma aparılır.

Bakıda istehlakçıları necə aldadırlar?

25 May 2017 15:24

Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) evlərə zəng vurularaq "uduşa düşmüsünüz" deməklə keyfiyyətsiz mal satışı barədə mütəmadi şikayətlər daxil olub. Bu haqda AİB-in sədri Eyyub Hüseynov məlumat verib.

Züleyxa Nadir yazır... 700 bal və işsizliyin fəsadları...

25 May 2017 15:22

Ali məktəblərə imtahan həyəcanı aprelin 30-dan başlayıb. Bu hələ başlanğıcdı. Abituyentlərin valideynləri, qohumları, dostları, müəllimləri imtahan günlərində keçirdikləri həyəcanı sonrakı günlərdə də yaşayacaqlar. Nəticələr bəlli olandan sonra ixtisas seçimində yaranan gərginlik hələ bir neçə gün davam edəcək. Yüksək bal toplayan abituriyent üçün bu məsələ asan həll olunur, hər kəs əvvəlcədən sevdiyi, bəyəndiyi ixtisası seçib yazacaq. Amma nisbətən aşağı bal toplayan abitureyntlərin vəziyyətini təsəvvür etmək elə də çətin deyil. Bir çox hallarda topladıqları bala uyğun istəmədikləri, təsadüfü bir ixtisası seçirlər - təki ali məktəbə qəbul olunsunlar. Bunun da nəticəsi sonradan cəmiyyətdə özünü neqativ tərəfdən əks etdirir.

Ramazanda ağız qoxusunun qarşısını alan Ən EFFEKTLİ ÜSUL

25 May 2017 15:17

Türkiyəli diş həkimi Pertev Kökdemir oruc tutan insanları xoşagəlməz ağız qoxusundan xilas olmağın ən effektli üsulları ilə tanış edib. Diş həkimi sahurda və iftarda cəfəri, nanə, zəncəfil, darçından bol-bol istifadə etməyi tövsiyə edib. O, bu bitkilərin ağız qoxusunu aradan qaldırdığını bildirib. P.Kökdemir deyib ki, Ramazan ayı yay vaxtına təsadüf etdiyi üçün 17 saat ac qalırıq, bu isə ağızda quruluq və qoxulara yol açır: “İftardan və ya sahurdan sonra dişlər fırçalanmadıqda ərzaq artıqları ağızda yığılır və qoxuya səbəb olur. Uzun müddət təmizlənməyən ağızda diş əti iltihabı başlayır və bu iltihab da qoxuya yol açır. Odur ki, iftardan və sahurdan sonra yemək artıqlarını uzaqlaşdırmaq üçün dişləri mütləq ən azı iki-üç dəqiqə fırçalayın, sonra isə qarqara edin”.