Bakıda istehlakçıları necə aldadırlar?
Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) evlərə zəng vurularaq "uduşa düşmüsünüz" deməklə keyfiyyətsiz mal satışı barədə mütəmadi şikayətlər daxil olub. Bu haqda AİB-in sədri Eyyub Hüseynov məlumat verib.
25 May 2017 15:24 SosialAzad İstehlakçılar İctimai Birliyinə (AİİB) evlərə zəng vurularaq "uduşa düşmüsünüz" deməklə keyfiyyətsiz mal satışı barədə mütəmadi şikayətlər daxil olub. Bu haqda AİB-in sədri Eyyub Hüseynov məlumat verib. O qeyd edib ki, növbəti şikayət danışıq yolu ilə həll olunub: "Belə ki, evlərə mal apararaq kassa çeki vermədən malları istehlakçıya verərək, saxta ünvanlar göstərən şəxslərin məşhur "King" mağazalar şəbəkəsi ilə əlaqəli olduğu bilinib". E.Hüseynov deyib ki, Birliyin eksperti Taryel Ağayev Sədərək ticarət mərkəzinə gedərək istehlakçının aldadılaraq aldığı malları "King" mağazasına qaytarıb.