Azərbaycan sülh və təhlükəsiz üzrə beynəlxalq tədbirdə
Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Əhali Fondu tərəfindən "Gənclər, Sülh və Təhlükəsizlik: Regional Məsləhətləşmə və Dialoq" mövzusunda keçirilən konfransda Azərbaycanı təmsil edir. Milli Şuradan “OLAYLAR”-a bildirilib ki, 23-25 may tarixlərində İstanbul şəhərində keçirilən tədbirdə 20 ölkədən 39 gənc iştirak edir.
25 May 2017 15:30 SosialGənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Əhali Fondu tərəfindən "Gənclər, Sülh və Təhlükəsizlik: Regional Məsləhətləşmə və Dialoq" mövzusunda keçirilən konfransda Azərbaycanı təmsil edir. Milli Şuradan "OLAYLAR"-a bildirilib ki, 23-25 may tarixlərində İstanbul şəhərində keçirilən tədbirdə 20 ölkədən 39 gənc iştirak edir. Tədbirin keçirilməsində əsas məqsəd region gənclərinin sülh və təhlükəsizliklə bağlı mövcud problem və imkanlar haqqında fikirləri ilə tanış olmaq və "proqresiv tədqiqat" üçün gənclərin təkliflərindən ibarət təkliflər paketi formalaşdırmaqdır. Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi keçirilən tədbirdə Azərbaycanda gənclərin sülh quruculuğunda fəal iştirakından, ümumiyyətlə gənclər üçün yaradılan imkanlardan, həmçinin, Milli Şuranın bu sahədə fəaliyyətindən danışıb.