Gündəm
Moskvada terror hazırlığında şübhəli bilinən İŞİD-in 4 üzvü tutulub
Moskvada nəqliyyat vasitələrində terror törətmək hazırlığında şübhəli bilinən 4 nəfər tutulub. Bunu Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi bildirib. Onlar terrorçu İŞİD qruplaşmasının üzvləridir. Şübhəlilərdən biri Rusiya, 3-ü isə Orta Asiya dövlətlərinin vətəndaşlarıdır. Axtarış-əməliyyat tədbirləri nəticəsində onların yaşadığı mənzildən əldəqayırma bomba, odlu silah-sursat, qumbara, ekstremist və terrorçuluq yönündə ədəbiyyat, video-yazılar aşkarlanaraq götürülüb.
Azərbaycanda dini plüralizm ənənəsi formalaşıb
Dini plüralizm dinlərin və dini ənənə daxilindəki fərqliliklərin çoxluğu anlamına gəlir. Məssəblər və dinlərarası tolerntlıq isə dini plüralizmin fundamental göstəriciləridir. Çox təəssüf ki, hazırda bir sıra inkişaf etmiş ölkələrdə belə dini tolerantlıq ənənləri formalaşmayıb. Azərbaycan isə nadir ölkələrdəndir ki, burada dini plüralizm, tolerantlıq bərqərar olub.
Bazarlarda insan orqanizmi üçün zərərli məhsullar satılır
Hələ yay fəslinin başlamasına bir aydan çox vaxt qalmasına baxmayaraq artıq həmin fəslin məhsulları bazarları bürüyüb. İstər hazırda, istərsə də elə qış fəslində belə yay fəslinin məhsulları, ərzaq, kənd təsərrüfatı, meyvə-tərəvəz tapmaq asan məsələyə çevrilib. Bu öz-özlüyündə bir çoxları üçün müsbət qarşılana bilər və təqdir belə edilir. Ancaq məsələnin mahiyyətinə varanda, dərindən təhlil aparanda aydın olur ki, bu gün ilin istənilən fəslində asanlıqla bazarlardan əldə edə biləcəyimiz meyvə-tərəvəzlər əslində həyatımız üçün birbaşa təhlükə mənbəyidir. Çünki həmin məhsullar genetik modifikasiyaya məruz qalmış məhsullardır. Düzdür, geni dəyişdirilmiş məhsullar daha məhsuldar və dözümlü olsa da, lakin onun insan orqanizminə zərəri kifayət qədərdir. Azərbaycanda genetik modifikasiyaya uğramış məhsullar yetişdirilməsə də, lakin xaricdən ölkəmizə geni modifikasiya olunmuş məhsullar gətirilir. Ən çox geni modifikasiya olunan məhsullar sırasında Birləşmiş Ştatlar istehsalı olan mal və məhsullar üstünlük təşkil edir. Amerika bu məhsulların istehsalı və istehlakı üzrə dünyada birinci yeri tutur.
Totti karyerasını davam etdirə bilər
"Roma"nın kapitanı Françesko Totti karyerasını davam etdirə bilər. "La Gazzetta dello Sport" ona A Seriyasının bir klubundan təklif gəldiyini yazıb. Veteran hücumçunun İtaliyada başqa kluba gedəcəyi inandırıcı deyil. "Roma" rəhbərliyi onun karyerasını "Genoa" ilə oyundan sonra başa vuracağını və klubun strukturunda fəaliyyətə başlayacağını bildirmişdi.
Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməzlər? - RƏY
Oruc tutmaq insan üçün çox xeyirlidir. Bu dini ayin orqanizmin zərərli maddələrdən təmizlənməsində çox gözəl effekt verir. Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının terapevti, tibb üzrə fəlsəfə doktoru İbrahim Əfəndiyev deyib.
Mançester terrorçusu partlayışa belə hazırlaşıb - VİDEO
Mançester terrorçusunun partlayış törətməyə hazırlaşdığı anın görüntüləri yayılıb. Həmin an təhlükəsizlik kameralarına düşüb. "Sky News"un yaydığı kadrlarda Salman Abadi ticarət mərkəzlərindən birindən bel çantası alır.
Erkan Özoral: "28 May bütün türk dünyası üçün qürur günüdür"
“Bir daha pis günlər görməmək üçün bu tarixi günlər yaddaşlara həkk olunmalıdır”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları, XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin yekunu kimi meydana çıxıb: “Azərbaycan Şərqdə qurulan ilk demokratik cümhuriyyət olaraq qızıl hərflərlə tarixin səhifələrinə yazılıb. Bu tarixi gün, Respublika günü münasibətilə qardaş və dost Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu, təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün qürur günüdür”.
4 aylıq uşaq narkoman doğulub - DƏHŞƏT
Türkiyədə dəhşətli hadisə qeydə alınıb. Narkotik istifadəçisi olan cütlüyün dünyaya gətirdiyi uşaq mediada geniş müzakirələrə səbəb olub. Türkiyənin Antalya bölgəsində, narkoman cütlüyün körpələri də narkoman kimi doğulub.
İsko mükafatlandırıldı
"Real Madrid" azarkeşləri 2016/17 mövsümündə komandanın ən yaxşı futbolçusunu seçib. Bu mükafata İsko layiq görülüb. Mövsümün gedişində ehtiyat skamyadan yaxa qurtarıb əsas heyət futbolçusuna çevrilən İskonun çalışqanlığı azarkeşlərin də nəzərindən qaçmayıb. Ötən mövsüm bütün turnirlərdə 39 oyun keçirən İsko 11 qol, 9 məhsuldar ötürmənin müəllifi olmuşdu.
Əmək Nazirliyi 6,3 min nəfərdən çox əlilliyi olan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası istiqamətində görülən işlərin davamı olaraq, cari ilin yanvar-aprel aylarında 6 314 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib.
AMEA və FHN rəhbərliyinin birgə müşavirəsi
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində AMEA və Fövqəladə Hallar Nazirliyinin rəhbərliklərinin iştirakı ilə işçi müşavirə keçirilir. Akademiyadan “Olaylar” – a bildirlib ki, müşavirədə AMEA ilə FHN arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Terrorçular 11 mülkü çəxsi girov götürüb
Filippin hökuməti İŞİD-ə bağlı olan"Maute" terror təşkilatının işğal etdiyi Mindanao adasına qoşun yeridib. Verilən məlumata görə Filippin ordusunun adada genişmiqyaslı antiterror əməliyyatları davam edir. Əməliyyatlara Hərbi Hava Qüvvələri cəlb edilib.
Maşınla piyadanı vurub aradan çıxan şəxs ələ keçib
Aprelin 30-da Bərdə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Zabil Məmmədov vurulub və o, hadisə yerində ölüb. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobili həmin vaxt idarə etməkdə şübhəli bilinən Ağdam rayon sakini Nofəl İbrahimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Türkiyə şəhid verdi
Mayın 25 – də səhər saatlarında türkiyənin Aörı vilayətinin Doğubəyazit bölgəsinin Tendürək Dağı adlı yerində PKK – lı terrorçuların açdığı atəş nəticəsində 2 əsgər şəhid olub, 4 əsgər isə ağır yaralanıb. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, PKK – lı terrorçular tırlara atəş açıblar.
Oğrunun digər əməlləri aşkar edildi
Yasamal silsilə oğurluq törədən şəxs saxlanıb. Belə ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə Elxan Zeynalov adlı şəxs tutulub. DİN-dən verilən məlumata görə, ətrafında Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun rayon ərazisindəki iki müəssisədən, 1 evdən, 1 mağazadan, 2 qarajdan və 5 avtomobildən məişət əşyaları, elektrik naqili və akkumulyator oğurlaması da müəyyən edilib.














