İsko mükafatlandırıldı
"Real Madrid" azarkeşləri 2016/17 mövsümündə komandanın ən yaxşı futbolçusunu seçib. Bu mükafata İsko layiq görülüb. Mövsümün gedişində ehtiyat skamyadan yaxa qurtarıb əsas heyət futbolçusuna çevrilən İskonun çalışqanlığı azarkeşlərin də nəzərindən qaçmayıb. Ötən mövsüm bütün turnirlərdə 39 oyun keçirən İsko 11 qol, 9 məhsuldar ötürmənin müəllifi olmuşdu.
25 May 2017 14:36 İdman"Real Madrid" azarkeşləri 2016/17 mövsümündə komandanın ən yaxşı futbolçusunu seçib. Bu mükafata İsko layiq görülüb. Mövsümün gedişində ehtiyat skamyadan yaxa qurtarıb əsas heyət futbolçusuna çevrilən İskonun çalışqanlığı azarkeşlərin də nəzərindən qaçmayıb. Ötən mövsüm bütün turnirlərdə 39 oyun keçirən İsko 11 qol, 9 məhsuldar ötürmənin müəllifi olmuşdu.
İskonun adı qışda bir neçə klubla birlikdə hallanırdı. Amma "Real"ın baş məşqçisi Zidan ona güvəndiyini bildirmişdi. Mayın 22-də verdiyi açıqlamada isə futbolç madridli azarkeşləri sakitləşdirərək klubda qalacağını bildirmişdi. Goal.az