Moskvada terror hazırlığında şübhəli bilinən İŞİD-in 4 üzvü tutulub
Moskvada nəqliyyat vasitələrində terror törətmək hazırlığında şübhəli bilinən 4 nəfər tutulub. Bunu Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi bildirib. Onlar terrorçu İŞİD qruplaşmasının üzvləridir. Şübhəlilərdən biri Rusiya, 3-ü isə Orta Asiya dövlətlərinin vətəndaşlarıdır. Axtarış-əməliyyat tədbirləri nəticəsində onların yaşadığı mənzildən əldəqayırma bomba, odlu silah-sursat, qumbara, ekstremist və terrorçuluq yönündə ədəbiyyat, video-yazılar aşkarlanaraq götürülüb.
25 May 2017 15:14 DünyaMoskvada nəqliyyat vasitələrində terror törətmək hazırlığında şübhəli bilinən 4 nəfər tutulub. Bunu Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi bildirib. Onlar terrorçu İŞİD qruplaşmasının üzvləridir. Şübhəlilərdən biri Rusiya, 3-ü isə Orta Asiya dövlətlərinin vətəndaşlarıdır. Axtarış-əməliyyat tədbirləri nəticəsində onların yaşadığı mənzildən əldəqayırma bomba, odlu silah-sursat, qumbara, ekstremist və terrorçuluq yönündə ədəbiyyat, video-yazılar aşkarlanaraq götürülüb.
Onların fəaliyyətinə Suriyadan rəhbərlik edilib. Şübhəlilər terroru törətdikdən sonra döyüşlərə qatılmaq üçün Suriyaya gedəcəkmiş. "Report" "RİA Novosti"yə istinadən xəbər verir.