Bazarlarda insan orqanizmi üçün zərərli məhsullar satılır
Hələ yay fəslinin başlamasına bir aydan çox vaxt qalmasına baxmayaraq artıq həmin fəslin məhsulları bazarları bürüyüb. İstər hazırda, istərsə də elə qış fəslində belə yay fəslinin məhsulları, ərzaq, kənd təsərrüfatı, meyvə-tərəvəz tapmaq asan məsələyə çevrilib. Bu öz-özlüyündə bir çoxları üçün müsbət qarşılana bilər və təqdir belə edilir. Ancaq məsələnin mahiyyətinə varanda, dərindən təhlil aparanda aydın olur ki, bu gün ilin istənilən fəslində asanlıqla bazarlardan əldə edə biləcəyimiz meyvə-tərəvəzlər əslində həyatımız üçün birbaşa təhlükə mənbəyidir. Çünki həmin məhsullar genetik modifikasiyaya məruz qalmış məhsullardır. Düzdür, geni dəyişdirilmiş məhsullar daha məhsuldar və dözümlü olsa da, lakin onun insan orqanizminə zərəri kifayət qədərdir. Azərbaycanda genetik modifikasiyaya uğramış məhsullar yetişdirilməsə də, lakin xaricdən ölkəmizə geni modifikasiya olunmuş məhsullar gətirilir. Ən çox geni modifikasiya olunan məhsullar sırasında Birləşmiş Ştatlar istehsalı olan mal və məhsullar üstünlük təşkil edir. Amerika bu məhsulların istehsalı və istehlakı üzrə dünyada birinci yeri tutur.
25 May 2017 15:00 SosialRövşən Məmmədli: "Azərbaycan bazarlarında satılan meyvə tərəvəzlərin çoxuna heyvan mənşəli gen yeridilib"
Hələ yay fəslinin başlamasına bir aydan çox vaxt qalmasına baxmayaraq artıq həmin fəslin məhsulları bazarları bürüyüb. İstər hazırda, istərsə də elə qış fəslində belə yay fəslinin məhsulları, ərzaq, kənd təsərrüfatı, meyvə-tərəvəz tapmaq asan məsələyə çevrilib. Bu öz-özlüyündə bir çoxları üçün müsbət qarşılana bilər və təqdir belə edilir. Ancaq məsələnin mahiyyətinə varanda, dərindən təhlil aparanda aydın olur ki, bu gün ilin istənilən fəslində asanlıqla bazarlardan əldə edə biləcəyimiz meyvə-tərəvəzlər əslində həyatımız üçün birbaşa təhlükə mənbəyidir. Çünki həmin məhsullar genetik modifikasiyaya məruz qalmış məhsullardır. Düzdür, geni dəyişdirilmiş məhsullar daha məhsuldar və dözümlü olsa da, lakin onun insan orqanizminə zərəri kifayət qədərdir. Azərbaycanda genetik modifikasiyaya uğramış məhsullar yetişdirilməsə də, lakin xaricdən ölkəmizə geni modifikasiya olunmuş məhsullar gətirilir. Ən çox geni modifikasiya olunan məhsullar sırasında Birləşmiş Ştatlar istehsalı olan mal və məhsullar üstünlük təşkil edir. Amerika bu məhsulların istehsalı və istehlakı üzrə dünyada birinci yeri tutur.
GMO - Genetik Modifikasiyaya uğramış Orqanizm deməkdir. Yəni burada həm bitkilər, həm də canlılar obyekt qismində istifadə edilir. Belə ki, orqanizmin genetik koduna yad orqanizmin genləri əlavə edilir. Misal üçün, söhbət geni dəyişdirilmiş kartofdan gedirsə, bu o deməkdir ki, onun genetik koduna əqrəb genləri daxil edilib. Bununla kartof tərəvəz kimi ziyanvericilərə qarşı müqavimət əldə edir və daha məhsuldar olur. Yaxud buğdaya onun tərkibində olmayan vitaminlərin, fermentlərin genləri daxil edilir. Bunun nəticəsində buğdanın məhsuldarlığı dəfələrlə artır. Bir qayda olaraq belə məhsulları ayırd etmək olduqca çətindir. Bunun üçün məhsulu laborator müayinədən keçirmək lazımdır. Bəzən elə olur ki, qida məhsullarının tərkibində bir yad gen yox, bir neçə yad orqanizmin geni olur. Buna görə də günümüzdə bu kimi ərzaqlar "potensial təhlükəli məhsullar" hesab olunur.
Bəzi qərbli alimlər GMO məhsullarının insane orqanizmi üçün heç bir təhlükə daşımadığını iddia etsə də, lakin reallıqda onların insane təsiri var. və GMO məhsullarının hər bir insan üçün zərəri tamamilə neytral ola bilər. Digər biri üçün isə ciddi problemlər yarada bilər. Bununla belə, bu məhsulların zərərini tam obyektiv şəkildə qiymətləndirmək üçün ən azı 30 il ancaq bu məhsullarla qidalanmaq lazımdır.
İnsan orqanizminə daha çox mənfi təsir edən GMO meyvə və tərəvəzin tərkibində olur. Çünki həmin məhsulların tərkibinə insan üçün daha çox zərərli olan qatılar əlavə edilir. Hüquqşünas Rövşən Məmmədli də deyir ki, Azərbaycan bazarlarında satılan meyvə tərəvəzlərin çoxuna heyvan mənşəli gen yeridilib. Onun sözlərinə görə, burada məqsəd malların uzun müddət xarab olmaması, bərk qalmasıdır: "Bu cür meyvə tərəvəzlər onkoloji xəstəliyin yaranmasına gətirib çıxarır. Belə ki, insan mədəsində bu cür meyvə tərəvəzi həzm edən hormon yoxdur və bu genlər orqanizmə yapışır, orada hüceyrə törəmələrinə səbəb olur. Son vaxtlar bazarları dolduran pomidorlara da belə heyvanmənşəli genlər yeridilib. Ona görə də bərk, əzilməyən pomidorları almaq məsləhət deyil. Təəssüflər olsun ki, bu cür neqativ hallara qarşı hələ ki, heç bir mübarizə aparılmır.Əksinə bir çox məmurlar elə öz adamları vasitəsilə bu işlə məşğul olurlar. Çünki onları insan həyatından daha çox qazanc, maddi təminat düşündürür". Hüquqşünas deyir ki, ümid yenə xalqın özünədir: "Restoranlarda, şadlıq evlərində, kafelərdə pomidor yeməyin, bazardan da seçin geni olmayanını alın.Elə edin ki, bu alçaq əməllə məşğul olan "sahibkarlar" çöksünlər və müflisləşsinlər, belə səhvi edə bilməsinlər. Bizim sahibkarlar pul üçün xaqı da məhv etməyə razı olarlar...Odur ki.bazarlardan özünüzü qoruyun, şübhəli meyvələri, tərəvəzləri almayın, genli meyvə tərəvəzin istifadəsindən uzaq olun". Rövşən Məmmədli bildirib ki, əvvəllər yay fəslində belə indiki qədər bazarda pomidor olmurdu: "İndi bazarlar, meyvə-tərəvəz mağazaları pomidorla doludur. Axı öncələrdə biz qışda, yazda pomidor yemirdik. Az miqdarda olan da gensiz idi. İndi tamam əksinədir. Azərbaycana genli meyvə-tərəvəzi gətirən, onun toxumunu gətirib burada yetişdirən hər bir sahibkara qarşı amansız olmaq, onları ifşa etmək, həmin sahibkarların yetişdirdikləri bu ölüm yayan meyvə tərəvəzi almamaq lazımdır. Bu acgöz, qansız, pulgir sahibkarlar xalq üçün daşnak ermənilərdən də pisdirlər".
Füzuli