Gündəm
Qəbələdə qoyun oğrusu saxlanıb
Oğurluqda şübhəli bilinən Qəbələ rayonunun Kürd kənd sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 22-də rayon sakini Qafqaz Hətəmova məxsus 11 baş qoyunu oğurlamaqda şübhəli bilinən Kürd kənd sakinləri Məhəmməd Məmmədxanov və Anar Aslanov tutulublar.
“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqres keçiriləcək
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 26-28 may tarixlərdə "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresini təşkil edir. Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, konqres iştirakçıları əvvəlcə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək. Konqresin ilk günündə kardiocərrahlar və rezidentlər üçün praktiki məşğələlər təşkil olunacaq. Gənc mütəxəssislər mayın 26-da saat 14:00-dan 18:00-dək təşkil ediləcək "Damar anastamozu" və "Mitral qapaq təmiri" kurslarında praktiki biliklərini artıracaqlar. Mayın 27-də isə Konqresin rəsmi açılış mərasimi baş tutacaq.
Qaçqın və məcburi köçkünlərin əmək fəaliyyəti yaxşılaşdırılır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sosial- İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Abşeron rayonunda “Qaçqın və məcburi köçkünlərin əmək fəaliyyətinin yaxşılaşdırılmasında ictimai rolun artırılması” layihəsi çərçivəsində tədbirlərini davam etdirir.
Məxfi Qarabağ görüşündə müharibə qərarı
Ermənistan prezident Serj Sarkisyan Müdafiə Nazirliyində generallarla məxfi toplantı keçirib. Görüşün təfərrüatları bilinmir, lakin Ermənistan mediası məxfi görüşlə bağlı müəyyən məlumatlar əldə edib. “Lragir” saytının əldə etdiyi məlumata görə, görüşdə Ermənistanın daxili və xarici siyasəti, həmçinin, təhlükəsizlik məsələləri müzakirə olunub. “Daxili siyasətin müzakirə edilməsində əsas məqsəd Sarkisyanın hakimiyyətini uzatmaq planlarıdır. Ordu bu işdə böyük rol oynayır və güman ki, Sarkisyan 2018-ci ildən sonrakı planlarına ordunu da daxil edib”, - deyə sayt yazır.
Londonda səfirliklər hərbçilər tərəfindən mühafizə olunacaq
Böyük Britaniyanın paytaxtı Londonda yerləşən bütün xarici səfirliklər 7 gün ərzində hərbçilər tərəfindən mühafizə olunacaq. Bu qərar bir neçə gün əvvəl Mançesterdə baş vermiş terror aktı ilə əlaqədar qəbul olunub.
Kaxa Kaladze: "Gürcüstan Azərbaycan qazından asılıdır"
"Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu olduqca böyükdür". Bunu qonşu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze"Regionda Enerji Sammiti" mövzusunda keçirilən tədbirdə bildirib. Baş nazirin müavini Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandırıb.
NATO Yaxın Şərq müharibəsinə qoşulur – RƏSMİ
Şimali Atlantika İttifaqı (NATO) Brüssel sammitinin gedişatında ittifaqın İŞİD terror təşkilatı ilə mübarizə üzrə koalisiyaya birləşməsi haqqında qərar qəbul ediləcək. Bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Daha əvvəl KİV-in yazdığına görə, Fransa və Almaniya NATO-nun beynəlxalq anti-terror koalisiyasına qoşulması haqqında qərarı dəstəkləyəcək.
Bəzi siqaretlərin qiyməti ucuzlaşdı
Azərbaycanda bəzi siqaretlərin qiyməti 20-29% ucuzlaşıb. Satıcılar bildiriblər ki, bu gündən başlayaraq üç adda siqaretin satış qiyməti aşağı düşüb: “Sabah isə daha bir neçə siqaretin qiymətinin aşağı düşəcəyi ilə bağlı firmalardan məlumat daxil olub”.
"Moody's": Azərbaycan ABB-nin xilası üçün qızıl-valyuta ehtiyatlarından xərcləməlidir
"Azərbaycan Beynəlxalq Bankının xilas edilməsi üçün ölkənin qızıl-valyuta ehtiyatlarının xərcləməsinə ehtiyac var". Bunu "Moody"s" beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə analitiki Pyotr Paklin deyib. P.Paklinin sözlərinə görə, bu səbəbdən hökumət ABB ilə bağlı siyasətini dəyişib: "ABB-nin borclarının restrukturizasiyası büdcə yükünü artıracaq".
Stadionu qana bulayan terrorçunun partlayışa hazırlaşdığı məkan
İki gün öncə İngiltərənin Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konserti zamanı terror olub. Salman Abedi adlı 22 yaşlı liviya əsilli terrorçu üzərinə bağladığı evdə hazılanmış bombanı Mançester Arena ilə qatar stansiyasınına arasındakı ərazidə partladıb.
Azərbaycanda dini icma sədri cəzalandırldı
Azərbaycanda dini icma sədri qanunsuz fəaliyyətə və gizli dini yığıncaq təşkil etdiyinə görə cəzalandırılıb. Göyçay rayon "II Ərəbcəbirli kənd məscidi" dini icmasının sədri Məmmədov Ruslan Ənvər oğlu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimdən deyil, başqa mənbələrə aid təqvimdən istifadə edərək dini ayinlər icra edib. Bundan başqa, sədri olduğu icmaya aid məsciddə yox, sakini olduğu Qəbələ rayon Duruca kəndində bir qrup şəxslə gizli dini ocaq yaradıb və məscid adlandıraraq, orada qanunsuz fəaliyyət göstərib.
Azərbaycanda təhsil haqqı azaldılır? - "1000 manat endirim edəcəyik"
Bakı Dövlət Universitetinin (BDU) maliyyə məsələləri üzrə rektor müşaviri Məzahir Sultanov bildirib ki, növbəti tədris ilində təhsil haqlarında qismən dəyişiklik ediləcək: "Ödənişlərin 90 faizi əvvəlki kimi qalacaq. Bəzi ixtisaslarda təhsil haqlarını 100-200 manat qaldırmaq qərarına gəlmişik. Bunu Nazirlər Kabinetinə göndərdiyimiz təkliflərdə də bildirmişik. Ümumilikdə, universitetdə təhsil haqları stabildir və 1600-2200 manat arasında dəyişir".
Milli Qəhrəman Firidun İbrahiminin şəhadətinin 70-ci ili anım mərasimi ilə qeyd edildi
Dünən görkəmli inqilabçı, ictimai-siyasi xadim, diplomat, jurnalist, publisist, Azərbaycan Milli Hökumətinin Baş Prokuroru olmuş Firidun İbrahiminin şəhadətinin 70-ci ili anım mərasimi ilə qeyd edilib. Mərasim Azərbaycan Demokrat Firqəsi və “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi tərəfindən təşkil olunub. Həmin gün şəhidin silahdaşları, “21 Azər” Hərəkatının canlı şahidləri, tədqiqatçı alimlər, müxtəlif təşkilatların, ictimaiyyətin nümayəndələri və media təmsilçiləri Beynəlxalq Mətubat Mərkəzində düzənlənən tədbirdə iştirak ediblər.
“İntizar” nümayiş olundu
Akademik Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin yubileyi münasibətilə “İntizar” operası nümayiş olunub. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır. İttifaqdan “Olaylar” – a bildirlib ki, əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa etdilər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edirdi.
AMEA Naxçıvan Bölməsində yeni kitabların təqdimatı
AMEA Naxçıvan Bölməsində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” və “Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.














