Gündəm
Azərbaycanın “5-ci kolon” təhlükəsi
Azərbaycanın getdikcə artan nüfuzu, iqtisadi gücü, regionda əhəmiyyətli fiqura çevrilməsi ölkəmizin bu uğurlarını həzm edə bilməyən xarici dairələr, eləcə də onların daxildəki əlaltılarını zaman-zaman narahat edən başlıca məsələ olub. Həmin dairələr təkcə bu narahatçılıqları ilə kifayətlənməyib, eyni zamanda həmin qüvvələr tərəfindən müntəzəm olaraq Azərbaycana qarşı təxribatlara da cəhd göstərilib.
"Bacarıqlı Əllər Dünyası “ – ndan daha bir layihə
Mayın 25 – də "Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi yeni bir layihəyə start verib. Milli Qəhrəman Fazil Mehdiyevə həsr olunan və silsilə şəklində davam etdirilməsi nəzərdə tutulan “Şəhidlər ölmür” adlı layihədə qəhrəman övladlarımız xatirəsinin yaşadılması da qarşıya məqsəd kimi qoyub. Birlikdən “Olaylar” – a bildirlib ki, bu layihə müddətində milli qəhrəmanın xatirəsini yaşadacaq kiçik suvenirlər, onun şəkli əks olunan bədii tikmə nümunələri hazırlanacaq. Layihədəki kurslarda iştirak edən Milli qəhrəman Fazil Mustafayevin anası Şövkət xanım birliyin kecirdiyi təlimlərdə nəvəsi Şövkətin hazırladığı əl işlərdən məmun qaldığını bildirir . Valideynlər layihə müddətində övladlarının öyrəndiyi işlərdən həvəslə danışırlar.
Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirildi
Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, texniki işçilər dedikdə, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və sair nəzərdə tutulur: "Yəni bütün KİV-lərdə sözügedən vəzifələri tutan şəxslər jurnalistlər üçün inşa edilmiş binadan ev almağa namizəd ola bilməzlər.
Azərbaycan Beynəlxalq Bankın reytinqlərinə yenidən baxıla bilər
Məlum olduğu kimi, maliyyə naziri Samir Şərifovun başçılığı ilə nümayəndə heyəti Azərbaycan Beynəlxalq Bankın üzləşdiyi çətinlik və problemli kreditlər məsələsi ilə bağlı Londonda səfərdə olub. Səfərdə əsas məqsəd Beynəlxalq Bankın üzləşdiyi problemi xarici investorlarla müzakirə etmək və bu məsələdə ortaq bir məxrəcə gəlib, məsələnin həllinə nail olmaqdır. Maraqlıdır, Londonda bankın xarici kreditorları ilə keçirilən görüşdən hansı nəticələr əldə etmək mümkündür? Azərbaycan Beynəlxalq Bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimov görüşün gözlənildiyindən də konstruktiv keçdiyini deyib.
İslam həmrəyliyinin Azərbaycan nümunəsi
Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Pirallahı rayonu "Pirallahı" məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə dini icmanın sədri E.Baxşıyev tədbirlə bağlı ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Qurani-Kərimin bəzi ayələrini şərh edən icma sədri, dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə çağırdığını bildirib. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri A.Kazımov müasir dövrdə İslam dünyasının daha çox həmrəyliyə və vəhdətə ehtiyacı olduğunu söyləyib, eyni zamanda ölkəmizin bu sahədə müsəlman dünyası ilə əməkdaşlığının perspektivlərindən və ölkə başçısının İslam dini abidələrinə, din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib.
Zakir Həsənov Rusiyaya səfər edib
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 25-də Rusiya Federasiyasına səfər edib. “OLAYLAR”-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir. İclas mayın 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək.
Minsk qrupu Ermənistanın himayədarı rolunda
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu həmsədrlərinin atəşkəslə bağlı verdikləri son bəyənat ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Azərbaycan ictimaiyyəti hesab edir ki, həmsədrlərin son bəyanatı bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur. Çünki həmsədrlər cəbhə bölgəsində hər ana alovlana biləcək vəziyyətə adekvat reaksiya verməkdə maraqlı görünmürlər. Bundan sui-istifadə edən Ermənistanın ardıcıl həyata keçirdiyi təxribatlar nəticəsində Qarabağ cəbhəsində yaranmış gərginlik kritik həddə çatıb. Hənsədrlər isə seyrçi mövqelərini davam etdirərərk ermənilərin ciddi təxribatını pisləyib, İrəvanı belə təxribatlardan əl çəkib, danışırlar masasına oturmağı tələb etmək əvəzinə, işğala məruz qalan tərəfi günahkar çıxaran bir bəyanat yayıb.
Görün, taksi sürücüsünü necə aldatdılar
Respublikanın daxili işlər orqanları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib. DİN mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinə (RPİ) müraciət edən rayonlararası taksi fəaliyyəti ilə məşğul olan bir qrup sürücü tanımadıqları iki nəfər naməlum şəxs tərəfindən aldadılaraq pullarının mənimsədildiyinin bildiriblər. Qaradağ RPİ Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Qail Nadirov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Azərbaycanda Özbəkistanın Xalq şairi Camal Kamalın 80 illik yubileyi qeyd olunacaq
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Özbəkistan ədəbiyyatının nümayəndələrinin Azərbaycan Respublikasına yaradıcılıq səfəri nəzərdə tutulub.
lV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın gücünün göstəricisidir
IV İslam Həmrəyliyi Oynlarınının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil olunması yerli və xarici mütəxəssilərin müzakirə mövzusuna çevrilib. Məsələ orasındadır ki, sözügedən mərasimlərdə Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələri və idman sahəsində əldə etdiyi naliyyətlərinin səhnələşdirilmiş formada nümayişi bu sahələrini mütəxəssislərini riqqətləndirib. Odur ki, beynəlxalq ekspertlər tərənidən də IV İslam Həmrəyliyi Oynlarınının təşkili yüksək qiymətləndirlir.
Erkən nikaha daxilolma sosial problemə çevrilib
Son bir ildə Azərbaycanda 18 yaşadək nikah bağlayan bəy və gəlinlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov mətbuata açıqlamasında bildirib ki, 2016-ci ildə Azərbaycanda 18 yaşadək 315 nəfər erkən nigaha daxil olub.
Fiziki qüsurlu uşaqlarla iş necə qurulmalıdır?
Günümüzün ağrılı problemlərindən biri də ildən-ilə fiziki qüsurlu insanların sayının artmasıdır. Bu qəbildən olan məhdud sayda şəxslər fiziki qüsurlarını bir qayda olaraq unudub cəmiyyətlə sıx təmasda olur, ona inteqrasiya edir. Ancaq əksəriyyəti fiziki qüsurluğundan psixoloji sarsıntı keçirir, maksimum dərəcədə cəmiyyətdən təcrid olunma yolunu seçir. Bəs bu cür insanlarla necə davranmalı və onların psixoloji sarsıntı keçirməsini necə önləyə bilərik.
“Metsamor”un region üçün təhlükəsi artır
Zaman-zaman Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının ekoloji fəlakət astanasında olması, onun fəaliyyətinin təcili dayandırılması barədə istər Azərbaycan, istərsə də Türkiyə tərəfindən tələblər səsləndirilsə də, təəssüflər olsun ki, başda Beynəlxalq Nüvə Agentliyi olmaqla heç bir müvafiq qurum “Metsamor”un partlama anında olan bir bomba olduğunun fərqinə varmır.
Beynəlxalq təşkilatların erməni maraqlarına xidmət edən siyasəti
Hazırda həm beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, eləcə də işğalçı Ermənistanın ortaya qoyduğu mövqe, ciddi cəhdlə çalışdığı odur ki, Dağlıq Qarabağ problemi ətrafında mövcud status-kvo saxlanılsın.
Şimşək çaxacaq, yağış yağacaq
Mayın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.








.jpg)





