Fiziki qüsurlu uşaqlarla iş necə qurulmalıdır?

Günümüzün ağrılı problemlərindən biri də ildən-ilə fiziki qüsurlu insanların sayının artmasıdır. Bu qəbildən olan məhdud sayda şəxslər fiziki qüsurlarını bir qayda olaraq unudub cəmiyyətlə sıx təmasda olur, ona inteqrasiya edir. Ancaq əksəriyyəti fiziki qüsurluğundan psixoloji sarsıntı keçirir, maksimum dərəcədə cəmiyyətdən təcrid olunma yolunu seçir. Bəs bu cür insanlarla necə davranmalı və onların psixoloji sarsıntı keçirməsini necə önləyə bilərik.

Günümüzün ağrılı problemlərindən biri də ildən-ilə fiziki qüsurlu insanların sayının artmasıdır. Bu qəbildən olan məhdud sayda şəxslər fiziki qüsurlarını bir qayda olaraq unudub cəmiyyətlə sıx təmasda olur, ona inteqrasiya edir. Ancaq əksəriyyəti fiziki qüsurluğundan psixoloji sarsıntı keçirir, maksimum dərəcədə cəmiyyətdən təcrid olunma yolunu seçir. Bəs bu cür insanlarla necə davranmalı və onların psixoloji sarsıntı keçirməsini necə önləyə bilərik.

Psixoloq Sünbül Mustafayeva deyir ki, fərdin fiziki funksiyalarındakı pozğunluq və bunların hərəkət qabiliyyətində yaratdığı əksiklik və çətinlik, onu cəmiyyətin digər fərdlərindən fərqli edər. Bu fərqlilik əlillərin yaşadığı ayrıseçkiliyin də əsil səbəbidir: "Bilindiyi kimi hər türlü ayrıseçkiliyin təməlində fərqli olmaq, yəni "alışılmamış xüsusiyyətlərə" sahib olmaq vardır. Fiziki funksiyalardakı pozğunluqlar və bunların hərəkət qabiliyyəti üzərində yaratdığı məhdudiyyətlər fərdi cəmiyyətdən uzaqlaşdırar. İctimai dəstək sistemlərinin çatışmazlığı, cəmiyyətin kənarlaşdırıcı tutum və davranışları da əngəlli fərdin cəmiyyətə bərabər fərdlər olaraq qatılmasını önləyər. Bilindiyi kimi ailə, uşaqların sağlıqlı olaraq yetişdirilib, inkişaf edə biləcəyi, önəmini heç bir vaxt itirməyən universal bir təşkilatdır. Özəlliklə, ilk davranış qəlibləri, ictimai həyata bağlı qayda və rollar, təməl vərdişlər, xoşbəxtliklər, sevgilər, gündəlik münasibətlər içində böyüyüb inkişaf edə biləcəyi bir ailəyə ehtiyacı vardır. Uşağın qüsuru qəti olaraq təyin edildikdən sonra, ailə üzvlərinin uşağı və qüsuru qəbul edə bilməsi çox önəmlidir. Ancaq ailələr bu müddətə çatana qədər bəzi mərhələlərdən keçərlər. Birinci, şok: Uşağının qüsurlu olduğunu öyrənən ailələrdə sıxlıqla gözlənilən reaksiyalardan ilkidir. Ümumiyyətlə bu vəziyyət; ağlama, reaksiyasız qalma və özünü çarəsiz hissetmə şəklində ortaya çıxır. İkincisi, rəddetmə: Bəzi ana-atalar uşaqlarının qüsurlu olduğunu qəbul etmək istəməyə bilərlər. Uşağın və özlərinin gələcəkdə yaşaya biləcəklərinə istiqamətli duyulan narahatlıqlar, qayğılar, məsuliyyətlər, "halımız nə olacaq?" sualına yetərsiz qalan şərhlər, rəddetmə davranışının görülməsinə səbəb olmaqdadır. Üçüncüsü, acı çəkmə və depressiya: Ümumiyyətlə, ana-atalar qüsurlu uşağa sahib olmaları səbəbi ilə xəyal qırıqlığına düşərlər. Əksəriyyət ana-atalar üçün qüsur; xəyallarında yaşatdıqları ideal uşağın yox olmasının simvolu ola bilməkdədir. Belə bir vəziyyətdə hiss edilən acı, həqiqətən sevilən birinin itirilməsi qarşısında hiss edilən acıya bərabərdir. Acı çəkmə, həqiqətən qəbul edilməsini asanlaşdıran bir duyğu olaraq görülməkdədir. Depressiya isə; ümumiyyətlə acı çəkmə müddəti sonunda ortaya çıxmaqdadır. Əksəriyyət ana-atalar yükləndikləri məsuliyyət qarşısında hər şeyə güclərinin çatacağı inancı ilə depressiyaya girməkdədirlər. Acı çəkmə və depressiya nəticəsində ailələrdə "geri çəkilmə" ya da "ictimai qarşılıqlı təsirlərdən qaçınma" davranışı gözlənə bilməkdədir". Psixoloq bildirib ki,qüsurlu uşağa sahib olan hər ailədə sıx olaraq, acı çəkmə gözlənən reaksiyalardandır. Qüsurlu uşağa sahib olan bəzi ana atalarda, vəziyyətə dərhal uyğunlaşmaq gözlənərkən, bəzilərində bu müddət daha uzun sürməkdədir. Qəbu etmədə görünən qərarsızlıq, ailə üzvlərinin bir-birilərini günahlandırmalarından qaynaqlana bilməkdədir. Qəzəb hiss etmə,

ümumiyyətlə ana ataların qəbul etmə müddətində yaşanılan və qəbullanmağı əngəlliyəcək duyğudur. "Niyə mən?", "niyə mənim/bizim uşağımız" sualları sıxlıqla gündəmə gəlir. Qəzəbliliyi insan özünə yönəldə biləcəyi kimi ailənin digər üzvlərinə, qüsurlu fərdə və digər insanlara əks etdirilə bilər. Həkimlər, tərbiyəçilər və terapistlər qəzəblilik duyulan insanlar ola bilməkdədir". Psioxloq onu da qeyd edib ki, hər ana-ata öz övladının müvəfəqiyyətli olmasını, təsdiq və qəbul olunmasını arzu edər və bundan da son dərəcə qürur duyar: "Halbuk qüsurlu uşağın, cəmiyyətdə qəbul edilməməsi, hətta lağ edilməsi, acınması, qorxulması və rədd edilməsi kimi mənfi münasibət və davranışlar yaşaya bilməkdədirlər. Bütün bunlar qarşısında ailə, qüsurlu fərddən utanma hissi yaşayır. Belə ailələr sıxlıqla, başqaları ilə görüşməyərək, uşaqlarını da evə qapatmağı üstün tuturlar. Ümumiyyətlə isə, ailələrin belə bir zamanda bu mərhələlərdən keçməsi təbiidir. Qüsurlu fərdlərin psixoloji, təhsil və həyatlarını normal sürdürə bilmə bacarıqları baxımından digər fərdlərdən geri qalmaları çox normaldır. Bizlərə düşən onları mühakimə etmək, ayıblamaq, cəmiyyətdən kənarlaşdırmaq deyil, onlara dəstək olmaq, tənhalıqlarını paylaşmaq, onları motivasiya etməkdir. Bu insanlıq vəzifəmizdir. Hər fərd qüsurlu namizədidir. Onların hərkəsdən çox ehtiyacı olduqlarını unutmamaq lazımdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31