lV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın gücünün göstəricisidir

IV İslam Həmrəyliyi Oynlarınının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil olunması yerli və xarici mütəxəssilərin müzakirə mövzusuna çevrilib. Məsələ orasındadır ki, sözügedən mərasimlərdə Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələri və idman sahəsində əldə etdiyi naliyyətlərinin səhnələşdirilmiş formada nümayişi bu sahələrini mütəxəssislərini riqqətləndirib. Odur ki, beynəlxalq ekspertlər tərənidən də IV İslam Həmrəyliyi Oynlarınının təşkili yüksək qiymətləndirlir.

İlham Əliyev: "Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə və eyni zamanda, öz standartlarını tətbiq edə bilər"

IV İslam Həmrəyliyi Oynlarınının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil olunması yerli və xarici mütəxəssilərin müzakirə mövzusuna çevrilib. Məsələ orasındadır ki, sözügedən mərasimlərdə Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələri və idman sahəsində əldə etdiyi naliyyətlərinin səhnələşdirilmiş formada nümayişi bu sahələrini mütəxəssislərini riqqətləndirib. Odur ki, beynəlxalq ekspertlər tərənidən də IV İslam Həmrəyliyi Oynlarınının təşkili yüksək qiymətləndirlir.

IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd edib ki, lV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın gücünü, qüdrətini göstərir. Bir daha təsdiq olundu ki, Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə və eyni zamanda, öz standartlarını tətbiq edə bilər. 54 ölkənin iştirak etdiyi lV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanan Azərbaycan böyük tarixi qələbəyə imza atmışdır. Bir daha təsdiq olunmuşdur ki, Azərbaycan dünya miqyasında güclü idman dövlətidir: "lV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qələbəsi göstərdi ki, Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət bütün sahələrdə, o cümlədən idmanda da öz bəhrəsini verir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində idmanın inkişaf etdirilməsi sahəsində atılmış addımlar bugünkü yüksək nəticələrin əsasında dayanan başlıca amildir".

Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın gücünün göztəricisi kimi qəbul edilməlidir. Həm oyunların açılış mərasimi, həm bağlanış mərasiminin yüksək səviyyədə təşkili, eləcə də yarışların keçirildiyi günlərdə həyata keçirilən tədbirlər Azərbaycanın istənilən tədbiri yüksək səviyyədə təşkil edə biləcəyini bir daha təsdiqlədi: "Çünki Azərbaycan bu sahədə yaxşı təcrübəyə malikdir. Evrovizion beynəlxalq musiqi yarışmasından tutumuş, Birinci Avropa Oyunları, Formula-1 yarışları və s. bu kimi yarışlar, tədbirlərlə Azərbaycan yüksək səviyyəli təşkilatçılıq qabiliyyətinə malik olduğunu dünyaya sübut edib". Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunları bütün parametrləri üzrə Azəbaycana yalnız fayda gətirəcək: "İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahədə bu oyunların faydaları ölkəmiz üçün böyükdür. Hər şeydən əvvəl isə Azərbaycan bu yarışlara evsahibliyi etməklə İslam Həmrəyliyinə necə böyük dəyər verdiyini ortaya qoymuş oldu. Ölkəmizin bu mövqeyi İslam dünyası, müsəlman ölkələri tərəfindən də müsbət qarşılandı, təqdir edildi".

Millət vəkili Siyavuş Novruzov bildirib ki, Bakı -2017  IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda yüksək səviyyədə keçirildi və ölkəmiz bir daha yüksək təşkilatçılıq qabiliyyətini göstərdi. Onun sözlərinə görə, ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını elə səviyyədə təşkil etdi ki, bu oyunları keçirəcək ölkələr Azərbaycan standartına uyğun keçirmək haqqında düşünəcəklər: "Bizdən əvvəl İslam Həmrəyliyi Oyunlarını keçirən ölkələr Azərbaycanda oyunların neçə yüksək səviyyədə keçirildiyinin şahidi oldular. İnanmıram ki, gələcəkdə hansısa ölkə bu oyunları Azərbaycan kimi yüksək təşkilatçılıqla, bu cür həmrəylik ilə keçirə bilsin. 57 İslam ölkəsinin 54-ü bu Oyunlarda iştirak etdi. İndiyə qədər keçirilən İslam Həmrəyliyi Oyunlarında bu qədər ölkənin iştirakı ən yüksək göstəricilərdən biridir. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsində yeni standartları müəyyən etdi". Deputat vurğulayıb ki, böyük dövlətlərin yüzilliklər boyü keçdiyi yolu Azərbaycan qısa müddətdə keçdi və bu gün Azərbaycan Olimpiya Oyunlarının keçirilməsinə də hazırdır: "Hesab edirəm ki, gələcəkdə belə bir qərar qəbul olunsa, Azərbaycan ən yüksək səviyyədə bunu həyata keçirməyə qadirdir". S.Novruzov vurğulayıb ki, İslam Həmrəyliyi Oyunlarınının Azərbaycanda keçirilməsi eyni zamanda, turizmin inkişafına mühüm töhfə verəcək: "Bu gün Azərbaycana kifayət qədər turistlər gəlir. Təbii ki, bu qədər turistin gəlməsində belə yüksək səviyyədə oyunların keçirilməsinin də böyük rolu var. İdman yarışları dünyanın aparıcı televiziya və digər mətbuat orqanları vasitələri ilə dünyada yayımlanır, ölkəmizin gözəllikləri dünyaya göstərilir, insanlar ölkəmizi daha yaxşı tanıyır və turist kimi ölkəmizə üz tuturlar. Getdikcə ölkəmizə daha çox turist gələcək. Belə böyük tədbirlər ölkəmizin dünyada daha da yaxşı tanınması üçün bir vasitədir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31