Azərbaycanın “5-ci kolon” təhlükəsi

Azərbaycanın getdikcə artan nüfuzu, iqtisadi gücü, regionda əhəmiyyətli fiqura çevrilməsi ölkəmizin bu uğurlarını həzm edə bilməyən xarici dairələr, eləcə də onların daxildəki əlaltılarını zaman-zaman narahat edən başlıca məsələ olub. Həmin dairələr təkcə bu narahatçılıqları ilə kifayətlənməyib, eyni zamanda həmin qüvvələr tərəfindən müntəzəm olaraq Azərbaycana qarşı təxribatlara da cəhd göstərilib.

Yaxud dövlətçiliyə yönəlik təxribat cəhdləri

Azərbaycanın getdikcə artan nüfuzu, iqtisadi gücü, regionda əhəmiyyətli fiqura çevrilməsi ölkəmizin bu uğurlarını həzm edə bilməyən xarici dairələr, eləcə də onların daxildəki əlaltılarını zaman-zaman narahat edən başlıca məsələ olub. Həmin dairələr təkcə bu narahatçılıqları ilə kifayətlənməyib, eyni zamanda həmin qüvvələr tərəfindən müntəzəm olaraq Azərbaycana qarşı təxribatlara da cəhd göstərilib. Yaxın tariximizdə bu fonda baş verən proseslər deyilənlərin bariz nümunəsidir. Təəssüf doğuran məqamlardan biri ondan ibarətdir ki, həmin antimilli daiələrin təxribatları yalnız hakimiyyət əleyhinə yönəlik hərəkətlərlə kifayətlənmir. Bu təxribatlar sırasında dövlətçiliyi sarsıdan, onu tamamilə gözdən salmağa hesablanan hərəkətlər də yer alır. Bir sözlə bu qüvvələr hakimiyyəti gözdən salmaq, onun həyata keçirdiyi siyasətə zərbə vurmaq üçün ən alçaq və şərəfsiz gedişlərə belə cəhd edirlər. Təsadüfi deyil ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bir müddət əvvəl ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı keçirilən mərasimdə açıq şəkildə ifadə etdi.

Görünən odur ki, antiAzərbaycan qüvvələr öz məkirli planlarını davam etdirməkdədirlər. Cərəyan edən prosesləri təhlil edən ekspertlər hesab edirlər ki, hazırda sözügedən xarici çevrələr və onların Azərbaycandakı əlaltıları, xüsusilə də "5-ci kolon" hansı yolla olur-olsun dövlətçiliyə zərbə vurmaq planı üzərində işləyir. Elə İctimai Tədqiqatlar Mərkəzinin sədri, hüquqşünas İlqar Altay da bu qənaətdədir.O, bildirib ki, Azərbaycanıda çoxdandır rast gəlmədiyimiz təzahürlər baş verir. İlqar Altayın sözlərinə görə, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, mərhum Heydər Əliyevin döğum gününə həsr olunmuş mərasimdəki çıxışının bir məqamına diqqət etdikdə bu aydın görünür. Prezident həmin tədbirdə bildirib: "Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə də bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışır. Çalışır, amma heç nə alınmır. Ancaq ki, özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır". İlqar Altayın sözlərinə görə, belə çıxır, 5-ci kolon və müxalifət orduya sarsıdıcı zərbə vurmağa çalışır: "Özü də "ən müqəddəs dəyərlərinə də". Yəni başqa dəyərlərə artıq zərbə vurublar. Müxalifəti bildik. Bəs, söylənilən 5-ci kalon müxalifətdəkidirmi? Müxalifətdəkidirsə, acından günorta duran, prezident özü dediyi kimi, bir stadionun mitinqini təşkil edə bilməyən, adicə bir dövlət strukturuna təsir qüvvəsinə malik olmayan müxalifət içindəki 5-ci kolonu ilə birlikdə, hansı imkan və güclə o boyda ordunu sarsıda bilər? Yox, burada eyham deyəsən, nə isə başqa 5-ci kolona vurulur. Özü də, ordunu zədələyib zəiflətməyə çalışmaq qüvvəsində olan. Və dövlətin də başçısı mühüm mərasimdə çıxışında onları qəzəblə dövlətin

düşmənləri elan edir. Əgər dövlət başçısı bu qüvvəni, ordunu sarsıldıb zədələməkdə suçlayırsa, bunu da dərhal, ordudakı satqınlar şəbəkəsinin ifşasından sonra deyirsə, onda demək, bu şəbəkə ilə həmin 5-ci kolon-qüvvə arasında da əlaqə görür. Belə halda ordudakı həmin şəbəkə barədə aparılan istintaqın həmin 5-ci kolona da sıçraması heç istisna olunmaya bilər və bəlkə də artıq bu hal var. Və adından da göründüyü kimi, 5-ci kolon olması ilə demək, bu qüvvə də hansısa, məsələn, ABŞ, İran, Rusiya, Tūrkiyə kimi ölkəyə bağlıdır. Və buradan da belə çıxır ki, ordu içərisindəki son ifşa prosesinin bir ucu həmin o ölkələrdən birisinə də gedib çıxa bilir".

Beləliklə, hansı mənzərə yaranır ölkə həyatında?

İlqar Altayın sözlərinə görə, , müşahidə, analiz və həm də hadisələrin gedişatı onu göstərir ki, ölkəmiz yaxın tarixdəki görünməmiş şiddətli "çək-çevir" aydınlaşması prosesləri ərəfəsindədir: "Proses onsuz da gedir, bu hal təxminən MTN bandası, onun şefi E. Mahmudovun ifşasından başlayıb və IV İslamHəmrəyliyi Oyunlarından sonra daha radikal forma ala bilər. Həm də bu "tektonik" təkandan sonrakı kəskin dəyişikliklərin də, struktur, kadr yonuntularından tutmuş səs-küylü həbslərə və qaça-qaç hallarına qədər çox şey ola bilər. Bəs bu proseslərdə cəmiyyətin mövqeyi necə ola bilər? Məndən soruşsalar, konkret və qısa bir cavab verərdim: həqiqətin və dövlətçiliyin, müstəqilliyin və xalqın tərəfində. Və bir vətəndaş kimi təvəqqe və xatırlamam ondan ibarət olardı ki, bu kimi proseslərdə dövlətin sarsılmaması və xalqın taleyi öndə tutulsun. Bu kimi ölkədaxili proseslərin ipi, nəzarəti xarici böyük dövlətlərin, qüvvələrin əlinə keçməsin, müstəqilliyimizə xələl gəlməsin. Hər halda, həyatda hər sahədə uzun durgunluq və gərginlikdən sonra bir çaxnaşma və oradan da aydınlaşma olması təbiidir. Allah xeyirlisini etsin, nə və hansı tərəfə olacaqsa, dövlətimiz və xalqımız üçün olsun. Amma təbii ki, arxayınçılığa qapılmayaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31