Beynəlxalq təşkilatların erməni maraqlarına xidmət edən siyasəti
Hazırda həm beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, eləcə də işğalçı Ermənistanın ortaya qoyduğu mövqe, ciddi cəhdlə çalışdığı odur ki, Dağlıq Qarabağ problemi ətrafında mövcud status-kvo saxlanılsın.
25 May 2017 12:55 SiyasətHazırda həm beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, eləcə də işğalçı Ermənistanın ortaya qoyduğu mövqe, ciddi cəhdlə çalışdığı odur ki, Dağlıq Qarabağ problemi ətrafında mövcud status-kvo saxlanılsın. Nəticə etibarilə yaxın və uzaq tarixdə olduğu kimi yenə də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri tədricən unutdurulsun, beləliklə də daha 20 faiz ərazilərimiz erməniləşdirilsin. Təbii ki, indiki halda Azərbaycan tərəfi ermənilərin bu məkirli planını aydın gördüyündən beynəlxalq təşkilatlar qarşısında haqlı olaraq münaqişənin həlli istiqamətində qətiyyətli addımlar atmağı tələb edir. Düzdür, bəzi beynəlxalq təşkilatlar rəsmi Bakının haqlı şəkildə irəli sürdüyü bu tələbə qarşılıq olaraq hərdən Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsinin vacibliyi, mövcud status-kvonun aradan qaldırılmasının zəruriliyi barədə bəyanatlar səsləndirsələr də, lakin həmin bəyanatlar sonradan real fəaliyyətə keçmir. Bu isə heç şübhəsiz ki, Ermənistan üçün heç bir təsir mexanizmi rolunu oynamır. Elə bu günlərdə Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vermiş olduğu açıqlamanı məhz bu qəbildən olan fikirlər kimi xarakterizə etmək mümkündür. Məlumat üçün qeyd edək ki, Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə yüksək təmsilçisi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Brüsseldə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdikləri mətbuat konfransında "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo davam edə bilməz" deyə vurğulayıb. Ancaq Federika Moqerin mövcud status-kvonun necə aradan qaldırılmasının yolunu göstərməyib.

Məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini və beynəlxalq qurumlar, eləcə də böyük dövlətlərin bu fikri tez-tez səsləndirən digər rəsmiləri də bilməlidirlər ki, mövcud status-kvonun davam etməməsi üçün BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə əməl olunmalıdır: "Yəni işğalçı Ermənistan Azərbaycan torpaqlarını boşaltmalıdır. Onlardan kimsə Ermənistandan bunu tələb edirmi? Xeyr etmir. Belə bir tələb yoxdursa, bir çoxlarının, özəlliklə də, ATƏT-in Minsk qrupunun başında duranların səsləndirdikləri "status-kvo davam edə bilməz" sözləri yumşaq desək, gözdən pərdə asmaq, öz adıyla çağırmalı olsaq isə riyakarlıqdır".

Müstəqil ekspert Rövşən Məmmədli də deyir ki, həm beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupu, həm də işğalçı Ermənistan bu cür açıqlamalarla vaxt uzatmağa, baş qatmağa çalışırlar: "Reallıqda isə onların əsas istəyi və hədəfi Azərbaycanın işğal altında olan 20 faiz ərazilərini də erməniləşdirməkdir. Əks təqdirdə beynəlxalq təşkilatlar, problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minskl qrupu 20 ildən artıq müdddətdə bir rayon demirəm, ən azə bir kəndin belə işğaldan azad edilməsinə nail olardılar. Deməli məqsəd erməni maraqlarına xidmət etmək, Azərbaycan ərazilərini erməniləşdirməkdir. Necə ki, xəstə erməni prezidenti Serj Sərkisyan "gözümü qırpmadan İsgəndər silahının atılmasına əmr verəcəm" dediyi kimi , indi Qarabağda "status kvo"nu uzatmaqla bizim millətimizə qarşı Xocalıda və digər yerlərdə etdikləri vəhşilikləri unutdurub, bizi soyudub,bəlkə Qarabağı yaddan çıxararıq düşüncəsi ilə Ermənistanın maraqlarına uyğun siyasət yürüdülür. Təəssüflər olsun ki, bütün bu alçaqlıqlar, hiyləgərliklərlə üz-üzəyik. Azərbaycan tərəfi olaraq hələ də problemin danışıqlar, diplomatik yolla həll ediləcəyinə ümid bəsləyirik. ATƏT-in Minsk qrupuna, həmsədr dövlətlərə ümid edirik. Ancaq ermənilər tamamilə fərqli addımlar atır. Tədricən ərazilərimizi özününküləşdirmək siyasəti həyata keçirir. Ermənistanın gerçək sifəti budur. Ermənilər bizi zaman-zaman məhv edir torpaqlarımızı əlinə keçirir, biz isə hələ də ermənin ağıllanacağına, yaxşı qonşu olacağına ümid bəsləyirik. Azərbaycana ilandan, əjdahadan, meymundan belə qonşu olar, ancaq ermənidən qətiyyən olmaz. Onlar hər zaman Azərbaycanın, türkün sənin qanına və torpağına susayıblar. Ermənilərə yeganə cavab işğal altında saxladıqları torpaqlardan dərhal kürüyüb Gorusdan o yana atmaq və əbədi olaraq onlardan üz çevirməkdir. Əks halda nə Ermənistan ağıllanmayacaq, nə də başda ATƏT-in Minsk qruöu olmaqla heç bir beynəlxalq təşkilat və dövlət Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın maraqlarına cavab verən addım atacaq".
S.İsmayılbəyli