Gündəm
Sərnişinlər cibgiri döydülər
Dünən Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusunda cibgirlik edən şəxs vətəndaşlar tərəfindən tutulub. Məlumata görə, metronun “Koroğlu” stansiyasından Buzovnaya gedən 107 saylı xətt avtobusunda Sultan Tağıyev adlı sərnişinin cibinə girən 50-55 yaşlı kişi tutulub. S.Tağıyev cibgiri şillələyib, digər sərnişinlər də ona qoşulub. Daha sonra S.Tağıyev həmin cibgiri polisə təhvil verib. Burada məlum olub ki, cibgirlik edərkən tutulan şəxs əvvəllər məhkumluq həyatı yaşamış 1962-ci il təvəllüdlü Məlikov Fəxrəddin İsabala oğludur. Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb.
Gənc alim və mütəxəssislər üçün müsabiqə
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi (“Mənim ilk qrantım”) elan olunub. Fonddan “OLAYLAR”-a bildirilib ki, müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək məqsədi daşıyır. Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il mayın 30-dan iyunun 30-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin payızında açıqlanması planlaşdırılır.
Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb
Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafıda yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairənin ləğv edilməsi işlərinə başlanılıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu səbəbdən Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb.
Cəlilabad sakinindən 24 min saxta manat götürülüb
Azərbaycanda saxta pulları dövriyyəyə buraxan şəxslər tutulub. Masallı rayonu Qəriblər kəndindəki mağazalardan birinə gələn naməlum şəxslərin oradan ərzaq məhsulları alaraq 1 ədəd saxta əsginas verib. Polisə daxil olan həmin fakt ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin Cəlilabad rayon sakinləri – Ramal Əbülhəsənov və Şahəddin Musayev olmaları müəyyən edilib və hər iki şəxs saxlanılıb.
Elmar Məmmədyarov BMT-nin Baş katibi ilə görüşüb
Azərbaycan Respublikasının BMT-yə üzvülüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorkda səfərdə olan nazir Elmar Məmmədyarov BMT-nin Baş katibi Antonio Qutereslə görüşüb.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb
Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin həmkarı Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovla dost münasibətdə olduğunu bildirərək ona səmimi salamlarının çatdırıb.
Nazir vətəndaşları qəbul etdi
Mayın 25 – də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Ziyad Səmədzadə: "Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı"
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı, böyük bir bayramı təntənə ilə qeyd etdi. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Taleh Bağırovun apellyasiya şikayəti icraata verilib
"Müsəlman Birliyi" hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti icraata verilib. Onların şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatına verilib. Yaxın günlərdə şikayət üzrə məhkəmənin ilkin baxış iclasının vaxtı məlum olacaq. Şikayətdə onların barəsində bəraət hökmünün çıxarılması istənilib.
Azərbaycanlı nazir ifadə verdi, ölkədə kütləvi həbslər başladı
Ukrayna hüquq mühafizə orqanları korrupsiyaya qarşı genişmiqyaslı əməliyyata başlayıblar. Bunu jurnalistlərə açıqlamasında Ukraynanın hərbi prokuroru Anatoli Matios söyləyib.
Yanğınlar 144 yaşayış evinə ziyan vurdu
Rusiyada fövqalədə vəziyyət elan edilib. Belə ki, Rusiya Fövqəladə Hallar Xidməti Krasnoyarsk və İrkutsk vilayətlərindəki fövqəladə vəziyyət artıq neçə gündür davam edən meşə yanğınları səbəbindən elan olunub. Bu bölgələrdə fəsadların aradan qaldırılması istiqamətində federal mərkəzin bütün ehtiyat qüvvələri işə cəlb edilib.
Habil Əliyevin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək
Mayın 28-də görkəmli kamança ustası, Xalq artisti, Prezident təqaüdçüsü, Heydər Əliyev Fondunun mükafatçısı, “Şöhrət” və “İstiqlal” ordenli Habil Əliyevin (1927-2015) anadan olmasının 90 ili tamam olur.
Baş redaktor öldürüldü
Rusiyanın Krasnoyarsk diyarının Minusinsk şəhərində yerli ictimai-siyasi qəzetin baş redaktoru öldürülüb. Rusiya İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən bildirilib ki, "Ton-M" qəzetinin baş redaktoru Dmitri Popkovun meyiti fərdi evin həyətindəki hamamda tapılıb. Müstəntiqlər əsas versiyalardan biri kimi qətlin baş redaktorun jurnalist fəaliyyəti ilə əlaqəli ola biləcəyini düşünürlər. Faktla bağlı cinayət işi başladılıb.
“Vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda maarifləndirilmə tədbiri keçirilib
eni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında Ağsu regional miqrasiya idarəsi tərəfindən “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda maarifləndirilmə tədbiri keçirilib.
Regional məktəb çempionatı keçiriləcək
slam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatı keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a daxil olan məlumata görə, Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun təşkil edilən çempionatın keçirilməsində əsas məqsəd məktəblilərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək göstərmək, yüksək yaradıcılıq qabiliyyətinə, müxtəlif sahələrdə dərin biliklərə malik şagirdləri aşkarlamaq və onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsindən ibarətdir.














