Gündəm

8 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

25 May 2017 11:38

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan Qax rayonu Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.

Təhsil naziri vətəndaşları qəbul edəcək

25 May 2017 11:37

Təhsil naziri Mikayıl Cabbarov iyunun 5-də Göyçay şəhərində vətəndaşları qəbul edəcək. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki,  Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinləri iştirak edəcək. Qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

“Səmayi Şəms” layihəsi təqdim edildi

25 May 2017 11:38

Bakı Xoreoqrafiya Akademiyası "Azərbaycan Respublikasında İslam həmrəyliyi ili"nə həsr olunmuş layihələr çərçivəsində Musiqili Teatrın səhnəsində "Səmayi şəms" rəqs-tamaşasını təqdim etdi. Akademiyadan "Olaylar" - a bildirlib ki, tamaşanı möhtəşəm "Davulla rəqs" kompozisiyası açaraq, dünyaya sülh və həmrəylik mesajları göndərdi. Səhnədə İslam dünyasına daxil olan Azərbaycan, Türkiyə, İran, Albaniya, Misir, Qazaxıstan, Özbəkistan, Tacikistan, Dağıstan, bir sıra ərəb və digər müsəlman ölkələrinə məxsus milli rəqslərdən ibarət vahid ssenari üzrə rəqs-tamaşa nümayiş olundu. "Səmayi-şəms" layihəsinin bədii rəhbəri Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, rejissoru "Tərəqqi" medalı kavaleri Cavid İmamverdiyevdir. Tamaşanın quruluşçu xoreoqrafları - akademiyanın Milli rəqs kafedrasının baş müəllimi, xalq artisti Yusif Qasımov və tanınmış xoreoqraf, TÜRKSOY-un baş baletmeysteri, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Fondunun Mükafatı laureatı Arman Nurmaxamatulıdır. Rəqs-tamaşanın xoreoqrafları Akademiyanın Milli rəqs kafedrasının müdiri, əməkdar artist Sənan Hüseynli, müəllimlər - əməkdar artist Səbinə Qasımova, əməkdar müəllim Pellumb Aqalıyay və Kamilə Əliyevadır.

Rusiyanın "İsgəndər-M" raket kompleksləri ilk dəfə istifadə olundu - Tacikistanda

25 May 2017 11:35

Rusiyanın "İsgəndər-M" operativ-taktiki raket kompleksləri ilk dəfə Tacikistanda MDB-nin "Düşənbə - Antiterror-2017" adlı təlimində istifadə olunub.  Bunu jurnalistlərə Mərkəzi hərbi dairənin qoşun komandanı general-polkovnik Vladimir Zarudnitski deyib. 

"Roma" "Beşiktaş"dan 2 futbolçu almaq istəyir

25 May 2017 11:30

"Roma" "Beşiktaş"ın iki futbolçusunun xidmətində maraqlıdır. "Canavarlar"ın Oğuzhan Özyakup və Tolqay Arslanı transfer etmək istəyirlər. Hər iki futbolçunun "Beşiktaş"la müqavilə müddəti 2018-ci ilin yayında bitəcək. 

İslam Həmrəyliyi Oyunları Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi

25 May 2017 11:28

lV İslam Həmrəyliyi Oyunları Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəıbərə görə, bu fikirləri millət vəkili Elman Məmmədov səsləndirib.

Politoloq: “Bakı-2017” İslam ölkələri arasında həmrəyliyi daha da gücləndirdi”

25 May 2017 11:24

“Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyaya İslamın sülh, əminanlıq dini olduğunu göstərdi. Azərbaycan “Bakı-2017”ni yüksək səviyyədə təşkil etməklə bir daha böyük miqyaslı tədbirlərə uğurla ev sahibliyi etmək iqtidarında olduğunu sübut etdi”. Bunu  politoloq Arzu Nağıyev deyib.

Akademik: "Konflikt, tendensiya, kriteriya, emosiya, simvol, rezerv sözləri dilimizi yükləyir"

25 May 2017 11:21

Televiziya və radio kanallarında, saytlarda əskər istifadəçilərin başa düşdüyü, lakin dilimizin lüğət tərkibində olmayan konflikt, kontrol, tendensiya, kriteriya, emosiya, simvol, rezerv, xarakter (daşımaq), skandal, nol və s. sözlər işlədilir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli deyib.

YPX avtomobili harada dayanmalıdır? - Təlimat üzrə cavab

25 May 2017 11:18

Mənə tez-tez verilən suallardan biri budur: "Yol-patrul xidməti (YPX) avtomobili harada dayanmalıdır?" Bunun aydın cavabı Yol-patrul xidməti (YPX) haqqında Təlimatda əks olunub. Bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

3 nazirlik yandırıldı - Braziliya çalxalanır

25 May 2017 11:17

Braziliyada ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir. Onlarla şəhərlərdə nümayişlər olub. Ən kütləvi aksiyalar isə Rio-de-Janeyro, San-Paulu və paytaxt Brazilia şəhərlərində baş tutub.

Ordu Günü ilə Ramazan bayramı üst-üstə düşür - Qeyri-iş günlərinin sayı artırıldı

25 May 2017 11:15

Azərbaycanda iyun ayında dövlət səviyyəsində qeyd edilən iki bayramın təqvimdə eyni günə təsadüf etməsi ilə əlaqədar iş günlərində dəyişiklik edilib.  Nazirlər Kabinetindən sorğusuna cavab olaraq bildirilib ki, iyunun 26-da və 27-də ölkədə Ramazan bayramı qeyd ediləcək və həmin günlər qeyri-iş günləri hesab ediləcək.

Surkovun ordusu, Qarabağda döyüşən muzdlular 

25 May 2017 11:13

Rusiya prezidentinin köməkçisi Vladislav Surkov Donbassdakı münaqişə zonasında vəziyyətin gərginləşdirilməsi üçün hazırlıq görür. Bu haqda Ukraynanın İnformNapalm könüllülər qrupu münaqişə zonasında yer alan rusiyameylli separatçılardan və yaraqlılardan əldə edilmiş məlumatlara, onların telefon danışıqlarına istinadən bildirir.

Güzəştli mənzillərin elektron qaydada əldə edilməsi proseduru müəyyənləşdirilib

25 May 2017 11:11

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə elektron “Güzəştli mənzil” sisteminin (elektron sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyənləşib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin 24 may 2017-ci il tarixli fərmanı ilə təsdiqlənən “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Müasir romançılığın ən yaxşı nümunəsi

25 May 2017 10:35

Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı üzərinə qeydlər Mənim mənsub olduğum ədəbi nəsil - iki minincilər nəsli 90-ların laübalı sükutundan sonra ölü mühitin içinə bir bomba kimi düşdü və bu partlayış bədii düşüncədə bir silkələnmə əmələ gətirdi. Məhrumiyyətlərin cocuğu olan bu uşaqların içindəki hüdudsuz azadlıq ədəbiyyata da yansıdı. Onlar bu söz səltənətinə içi və əli dolu gəldilər. Müstəqil ölkə onların gözü qarşısında qurulurdu və müstəqil ölkənin ən yeni ədəbiyyatı onların təfəkküründən süzülüb kitablara çevriləcəkdi. O dövrdə çoxları bu gənclərə bir qədər inamsız yanaşırdı, onların bədii mətn yaratmaq bacarığına şübhəylə yanaşırdılar. Çox qısa bir zamanda bu imzalar özlərini təsdiq etdilər və bu gün artıq həmin qələm sahibləri ədəbi prosesə yön verməkdədirlər. Yeni nəsil ədəbiyyatını onlarsız təsəvvür etmək mümkünsüzdür.