Rusiyanın "İsgəndər-M" raket kompleksləri ilk dəfə istifadə olundu - Tacikistanda
Rusiyanın "İsgəndər-M" operativ-taktiki raket kompleksləri ilk dəfə Tacikistanda MDB-nin "Düşənbə - Antiterror-2017" adlı təlimində istifadə olunub. Bunu jurnalistlərə Mərkəzi hərbi dairənin qoşun komandanı general-polkovnik Vladimir Zarudnitski deyib.
25 May 2017 11:35 DünyaRusiyanın "İsgəndər-M" operativ-taktiki raket kompleksləri ilk dəfə Tacikistanda MDB-nin "Düşənbə - Antiterror-2017" adlı təlimində istifadə olunub. Bunu jurnalistlərə Mərkəzi hərbi dairənin qoşun komandanı general-polkovnik Vladimir Zarudnitski deyib. O qeyd edib ki, "İsgəndər-M" kompleksləri ilk dəfə Düşənbədə birgə antiterror təlimlərində istifadə olunub. Daşımanı Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarələri təmin edib. V.Zarudnitski bildirib ki, təlimlər zamanı hərbçilər dağlarda şərti terrorçuların baza düşərgəsinə raketlərin döyüş buraxılışını da icra edəcəklər.