8 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan Qax rayonu Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" ASC tərəfindən 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan Qax rayonu Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunda işlər yekunlaşmaq üzrədir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 26 km uzunluğunda və əvvəllər torpaq-çınqıl örtüklü olan avtomobil yolunun 19 km-lik əsas hissəsində təmir-tikinti işləri artıq bitib. Hazırda Fısdıqlı və Marsan-Cüdüllü kəndilərinə gedən 7 km-lik giriş yollarının yenidən qurulması istiqamətində son tamamlanma işləri görülür, yeni asfalt-beton örtüyü salınır. Layihə çərçivəsində 10 metr enində yeni yol yatağı inşa edilib. Bura 6 metr yol əsası və 2 metr enində çiyinlər daxildir. Ümumilikdə isə yolun 150 min m2-dən çox hissəsinə 12 sm qalınlığında yeni asfalt-beton örtüyün döşənməsi işləri görülür.

Qeyd edək ki, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31