Nazir vətəndaşları qəbul etdi
Mayın 25 – də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
25 May 2017 12:19 SosialMayın 25 - də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Nazirlikdən "Olaylar" - a bildirlib ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.