Baş redaktor öldürüldü
Rusiyanın Krasnoyarsk diyarının Minusinsk şəhərində yerli ictimai-siyasi qəzetin baş redaktoru öldürülüb. Rusiya İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən bildirilib ki, "Ton-M" qəzetinin baş redaktoru Dmitri Popkovun meyiti fərdi evin həyətindəki hamamda tapılıb. Müstəntiqlər əsas versiyalardan biri kimi qətlin baş redaktorun jurnalist fəaliyyəti ilə əlaqəli ola biləcəyini düşünürlər. Faktla bağlı cinayət işi başladılıb.
25 May 2017 11:49 DünyaRusiyanın Krasnoyarsk diyarının Minusinsk şəhərində yerli ictimai-siyasi qəzetin baş redaktoru öldürülüb. Rusiya İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən bildirilib ki, "Ton-M" qəzetinin baş redaktoru Dmitri Popkovun meyiti fərdi evin həyətindəki hamamda tapılıb. Müstəntiqlər əsas versiyalardan biri kimi qətlin baş redaktorun jurnalist fəaliyyəti ilə əlaqəli ola biləcəyini düşünürlər. Faktla bağlı cinayət işi başladılıb.