Gənc alim və mütəxəssislər üçün müsabiqə

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi (“Mənim ilk qrantım”) elan olunub. Fonddan “OLAYLAR”-a bildirilib ki, müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək məqsədi daşıyır. Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il mayın 30-dan iyunun 30-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin payızında açıqlanması planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsi ("Mənim ilk qrantım") elan olunub. Fonddan "OLAYLAR"-a bildirilib ki, müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək məqsədi daşıyır. Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il mayın 30-dan iyunun 30-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin payızında açıqlanması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31