Sərnişinlər cibgiri döydülər

Dünən Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusunda cibgirlik edən şəxs vətəndaşlar tərəfindən tutulub. Məlumata görə, metronun “Koroğlu” stansiyasından Buzovnaya gedən 107 saylı xətt avtobusunda Sultan Tağıyev adlı sərnişinin cibinə girən 50-55 yaşlı kişi tutulub. S.Tağıyev cibgiri şillələyib, digər sərnişinlər də ona qoşulub. Daha sonra S.Tağıyev həmin cibgiri polisə təhvil verib. Burada məlum olub ki, cibgirlik edərkən tutulan şəxs əvvəllər məhkumluq həyatı yaşamış 1962-ci il təvəllüdlü Məlikov Fəxrəddin İsabala oğludur. Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb. 

Dünən Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusunda cibgirlik edən şəxs vətəndaşlar tərəfindən tutulub. Məlumata görə, metronun "Koroğlu" stansiyasından Buzovnaya gedən 107 saylı xətt avtobusunda Sultan Tağıyev adlı sərnişinin cibinə girən 50-55 yaşlı kişi tutulub. S.Tağıyev cibgiri şillələyib, digər sərnişinlər də ona qoşulub. Daha sonra S.Tağıyev həmin cibgiri polisə təhvil verib. Burada məlum olub ki, cibgirlik edərkən tutulan şəxs əvvəllər məhkumluq həyatı yaşamış 1962-ci il təvəllüdlü Məlikov Fəxrəddin İsabala oğludur. Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb. 



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31