“Vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda maarifləndirilmə tədbiri keçirilib

eni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında Ağsu regional miqrasiya idarəsi tərəfindən “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda maarifləndirilmə tədbiri keçirilib.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında Ağsu regional miqrasiya idarəsi tərəfindən "Vətəndaşsızlıq hallarının aradan qaldırılması" mövzusunda maarifləndirilmə tədbiri keçirilib. "OLAYLAR"-ın Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə rayonun inzibati ərazi nümayəndələri və bələdiyyə üzvləri, təhsil işçiləri və ictimaiyyət təmsilçiləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər. Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyətindən, qarşıda duran vəzifələrdən, vətəndaşsızlıq hallarının aradan qaldırılmasından bəhs olunan tədbirdə qeyd edilib ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib və həmin dövrdən etibarən Xidmət tərəfindən Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılıb. Məlumat verilib ki, vətəndaşsızlıq halları ilə mübarizə, həmçinin belə şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının "10 ilə vətəndaşsızlığa son" kampaniyasına qoşulub. Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının aradan qaldırılması sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ölkənin bütün regionları üzrə müvafiq işlər görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31