Taleh Bağırovun apellyasiya şikayəti icraata verilib
"Müsəlman Birliyi" hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti icraata verilib. Onların şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatına verilib. Yaxın günlərdə şikayət üzrə məhkəmənin ilkin baxış iclasının vaxtı məlum olacaq. Şikayətdə onların barəsində bəraət hökmünün çıxarılması istənilib.
25 May 2017 12:02 Kriminal"Müsəlman Birliyi" hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti icraata verilib. Onların şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatına verilib. Yaxın günlərdə şikayət üzrə məhkəmənin ilkin baxış iclasının vaxtı məlum olacaq. Şikayətdə onların barəsində bəraət hökmünün çıxarılması istənilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı isə 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.
Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.
2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub. Apa.az